Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan dilinin məhvinə milyardlar qoyulur, İran fəalları təlaşda…

Image


Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının İran mərkəzi hakimiyyəti tərəfindən pozulması halları daha genişləndirilmiş miqyasda davam edir. Prosesin təhlükəli tərəflərindən biri İran hakimiyyəti tərəfindən Azərbaycan dilinin hədəfə alınmasıdır. Təəssüf ki, bu istiqamətdə qeydə alınanlar prosesin təhlükəli məcraya qədəm qoyduğunu göstərir. Bunu güneyli siyasi fəal Oğuz Türkün açıqlamaları da təsdiq edir.

O, “Azərbaycan Milli Hərəkatı”na mənsub qüvvələr arasında türk dilində yazıb-oxumağın önəmini dəyərləndirib. Oğuz Türk “Amerikanın Səsi” radiosuna müsahibəsində İran Azərbaycanında türk danışıq dilinin getdikcə məhv olduğunu vurğulayır: “Türk dilinin önəmini bilən fəallar Güney Azərbaycanda bu dil üçün çox əmək veriblər. Amma təəssüf ki, biz gücsüzük. Yəni İran tərəfinin türk dilini yox etmək üçün qoyduğu milyardlarla dollar bizdə yoxdur. İran tərəfi daha güclüdür”. O, keçən bir neçə onillikdə Təbriz, Urmiyə, Ərdəbil və Zəncan kimi şəhərlərdə danışıq dilinin getdikcə “geriləyib pozulduğunu” vurğulayır: “Türkcə çox kritik durumdadır və yaxşıya doğru getmir. Biz 20-25 il öncə və ya ondan öncədən Güney Azərbaycandan çıxanlar ilə, düşüncələrindən asılı olmayaraq, danışanda və bunu hazırda Təbriz və o biri şəhərlərdə insanların danışığı ilə müqayisə edəndə görürük ki, Güney Azərbaycanda danışılan türkcədə bir geriləmə var. Bir pozulma var. Bunu müsahibələrdə görürük, sosial mediada görürük, millətin danışıqlarında görürük”. Dilin canlı bir varlıq olduğunu önə çəkən Oğuz Türk əlavə edir: “Necə ki canlı varlıq xəstə ola bilər, ölə bilər, dil də istisna deyil. Dilin də bədəni parçalanar. Güney Azərbaycanda və ümumiyyətlə İranda türk dilini qəsdən parçalamaq, məhv etmək, bu dildə yazılanları və bu dilin keçmişini yox etmək və xəstələndirmək siyasəti yürüdülür. Necə xəstələnir, necə pozulur? Cüzam kimi bədənini yeyərək. Sistematik olaraq radio-televiziyadan, indi də sosial mediadan fars kəlmələri işlətməyə bir şəkildə məcbur edərək. İranın radio-televiziyasına da gösdərişlər verilir ki, yerli kanallarda mütləq müəyyən bir faiz farsca işlədilsin”. Oğuz Türkün fikrincə, belə bir vəziyyətdə dili qorumaq vəzifəsi cəmiyyətin, fəalların və ziyalıların üzərinə düşür: “Millət özü necə ki, sosial mediada rəqs və musiqi videoları qoyur, eyni şeyi dil üçün də etməlidir. Ən önəmlisi də elə dildir... Fəallar deməlidir ki, elə bu gündən türkcə yazacağam, bu gündən sözümü yetirmək üçün türkcə yazmalıyam. Aydınların üzərində məsuliyyət var”. Oğuz Türk bəzi fəal və ziyalıların da müəyyən bəhanələrə söykənərək türk dilində yazmaqdan imtina etdiklərini önə çəkir: “Köhnə bəhanələr var. Biri bu ki, biz türkcə yaza bilmərik. Türkcə çətindir. Daha o bəhanə işləmir... Bunca ildən sonra hər kəs öyrənə bilər. Özünə bir zaman ayırsın, desin ki, mən 6 ay siyasi fəaliyyət etməyəcəyəm, türkcə yazıb-oxumağı öyrənəcəyəm. Yəni necə olar birisi özünü Güney Azərbaycanın milli fəalı adlandırsın, ancaq türkcə yaza bilməsin? Bir də bu bəhanə var - biz farsca yazırıq ki, çox adam bunu oxusun, hamı oxusun və ya türkcəni hər kəs oxuya bilmir. Bu da o qədim və köhnə bəhanələrdəndir. Siz bu işi görün ki, olsun. Özü-özünü gətirən bir məsələdir. Yəni siz yazmırsız ki, onlar da oxuya bilmir”.

Bundan əvvəl türkoloq və Toronto Universitetinin müəllimi Lalə Cavanşir  də İran Azərbaycanında türk dili və ədəbiyyatının hazırkı vəziyyətinin ciddi problemlərlə üzləşdiyini bildirib. O da İranda türk dilinin kritik vəziyyətdə olduğunu önə çəkir: “İran Azərbaycanında türkcə ilə bağlı ciddi problemlər zatən var. Dilin yasaq olması və bu dildə təhsilin olmaması özü-özlüyündə bir çox problemin təməli olub. Buna əlavə olaraq, siyasi sistemin büdcə ayırıb yaratdığı problemlərə biz də son zamanlarda bir şeylər qatmağa başlamışıq. Bu problemlər gətirib dili kritik bir vəziyyətə çıxarıb. Bu səbəblə bu məsələyə diqqət yetirmək, bu məsələnin üzərində düşünmək çox əhəmiyyətlidir”. Lalə Cavanşir İran Azərbaycanında türk dilinin funksiyasının ancaq duyğuları ifadə etməklə məhdudlaşdığını ifadə edir: “Biz həmişə deyirik ki, dil kimliyimizin təməlidir. Dil varlığımızın evidir. Bunun nə anlama gəldiyinin fərqindəyikmi? Dil sadəcə dil deyil. Dil sadəcə bir ünsiyyət vasitəsi də deyil. Bizim bütün kimliyimiz, varlığımız türkcəyə bağlıdır. Bizim dilimiz aradan gedərsə, heç bir mübarizəmiz, istər azadlıq üçün mübarizə, istər ədalət üçün mübarizəmiz, artıq mərkəzdəki mübarizədən o qədər də fərqlənməyəcək. Bizi biz edən dilimizdir. Bu mübarizəni dilimiz üzərindən aparmaqdır. Biz bu dildə düşünməsək, bu dildə problemlərimizi dilə gətirə bilməsək, iqtisadiyatımızı, siyasətimizi, ədəbiyyatımızı, çevrə məsələlərimizi və köç məsələsini danışa bilməsək, artıq bu dilin varlığı yoxdur”. Lalə Cavanşir türk fəallar, qələm adamları və ziyalıların İran Azərbaycanının problemlərini türk dilində müzakirə etmədiklərini deyir: “Türkcə niyə kritik vəziyyətdədir? Dövlətin siyasətindən əlavə biz buna necə səbəb olmuşuq? Biz dilimizi duyğu dili halına gətirmişik. Bu dildə qəzəblənirik, bu dildə sevirik, bu dildə bayatı deyirik, söyüş söyürük, sevgi sözləri paylaşırıq, amma artıq bu dildə düşünmürük. Artıq bütün ciddi məsələlərimizi başqa dildə, fars dilində dilə gətiririk. “Clubhouse” adında sosial şəbəkədə mənim insanları dinləmək fürsətim oldu. Orada insanlar bir araya gəlir. Məsələn, oturub bir-birinə türk dilində xatirələrini danışırlar. Amma harada istəyiriksə ciddi bir məsələni dilə gətirib danışaq, o zaman fars dilində deyirik”. Türkoloq İran Azərbaycanında dilin kritik bir vəziyyətə düşməsinin məsuliyyətinin orada yaşayan əhali üzərində deyil, qələm adamları və ziyalıların üzərində olduğunu vurğulayır. Onun sözlərinə görə, modern dünyanın problemləri bizim dildə yazılmırsa, bu, ziyalının problemidir: “Ziyalı bunları yaza bilmirsə, tərcümə etməlidir. Demək ki, etmirik. Demək ki, biz qələm əhli olaraq işimizi görmürük. Bunu xalqdan gözləmək olmaz. Məncə xalqın və Güney Azərbaycanda hər bir vətəndaşın vəzifəsi uşağı ilə türkcə danışdığı zaman bitir. Yəni övladını ana dilində yetişdirir. Onun vəzifəsi bitdi. Ondan sonra aktivistin, ziyalının, qələm əhlinin vəzifəsi başlayır. Demək ki, biz qələm əhli olaraq işimizi görə bilmirik”. Lalə Cavanşir müxtəlif mövzular, elmi sahələrdə türkcə məzmun yaratmağın önəminə diqqət çəkir: “Yeni texnologiya ilə birlikdə yeni kəlmələr gəlir. Yeni qavramlar gəlir. Ziyalının və qələm əhlinin işi burada başlayır. Oturub düşünəcək. Tərcümə edəcək. Amma kəlmə düzəltməyəcək. Bizim durumumuzda insanlar kəlmə düzəltməməlidir. Güney Azərbaycanda hər fərd deyir ki, türk dil qurumudur və gərək kəlmə icad etsin”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ