Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəngəzurla qaz və elektrik ixracını ermənilər də qəbul etməyə başladı...

Image


Məlumdur ki, Azərbaycan bu gün Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisi ixrac edir. Qara dənizin dibi ilə Mərkəzi Avropa ölkələrinə elektrik enerjisi ixracı perspektiv istiqamətdir. Bu zaman əsas marşrutlardan biri kimi Azərbaycan Zəngəzur dəhlizindən istifadə etməyi düşünür. Elə beynəlxalq ekspertlər də bildirir ki, Azərbaycan Zəngəzur dəhlizi üzərindən Avropaya gələcəkdə elektrik enerjisi ixracını həyata keçirə bilər.

Xatirladaq ki, hələ cari ilin fevral ayinda “Qobu” Enerji Qovşağının açılışı çərçivəsində Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkiləcəyinin anonsunu verdi. Başqa sözlə, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu və hava yolundan ibarət nəqliyyat dəhlizi olmayacaq, həmçinin o, enerji dəhlizi olaraq Naxçıvanın elektriklə təchizatında mühüm rol oynayacaq. Eyni zamanda İran və Türkiyəyə, daha sonra isə Avropaya elektrik enerjisi ixracı üçün əlavə marşrut kimi çıxış edəcək. Zəngəzurun enerji dəhlizi kimi inkişafı barədə plan, şübhəsiz ki, Vətən müharibəsində qazanılmış zəfərin nəticəsində yaranmış yeni reallığın təcəssümüdür. Bu planın həyata keçirilməsi isə yeni reallığın və qələbəmizin nəticələrinin möhkəmlənməsinə yeni töhfə verəcək. Özü də Azərbaycan Zəngəzur  dəhlizilə elektrik enerjisi ilə yanaşı, təbii qaz ixracını dı nəzərdə tutur. Hələ bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib: “Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var... Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”. Bu, Zəngəzur dəhlizinin ölkəmiz üçün nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu, strateji əhəmiyyət kəsb etdiyini bir daha aydın formada nümayiş etdirir. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını daha da artıracaq. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması Azərbaycana mühüm dividendlər qazandırır. Bu, ölkənin sosial-iqtisadi inkişafını daha dinamik hala gətirməklə yanaşı, təhlükəsizlik sferasında Azərbaycanın əlavə üstünlüklər əldə etməsinə gətirib çıxarır. 

Bütün bunlardan narahat olan Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxmaqda davam edir. Amma elə erməni mediası özü etiraf edir ki, Azərbaycan Zəngəzur dəhlizi ilə qaz da, elekrtik enerjisi də ixrac edəcək və bunun üçün mühüm “kozırlara” malikdir. “Qraparak” nəşri yazır ki, prosesdə Rusiya da Azərbaycanın mövqeyini dəstəkləyir: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərindən biri avqustun sonunda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün planlaşdırıldığını açıqlayıb. Azərbaycanın gündəmi bəllidir, amma Ermənistanın gündəliyi, ümumiyyətlə, Ermənistan hakimiyyətinin nə istədiyi məlum deyil. Ermənistan Azərbaycanın tələbləri ilə üzləşir, yoxsa onların yerinə yetirilməsini bir az ertələyir, sonra isə yerinə yetirərək bəyan edir ki, yerinə yetirməmək mümkün deyil, əks halda “yeni müharibə, yeni itkilər” düsturu işə yarayacaq. Azərbaycan Zəngəzir dəhlizini və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki qanunsuz erməni dəstələrinin tərksilah edilməsini tələb edir. Azərbaycan Ermənistana istədiyinə nail olmaq üçün necə təzyiq edəcəyini bilir. Putin, Paşinyan və İlham Əliyev görüşəndə Laçın, Zabux və Sus artıq boşaldılacaq və Azərbaycana təhvil verməyə hazır olacaq. Azərbaycan tələb edir ki, Laçın dəhlizinə alternativ yeni dəhliz Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizlə eyni statusa malik olmalıdır. Ruslar o yolda təhlükəsizlik qarantı kimi dayana bilər, amma Ermənistanda gömrük və sərhəd nəzarəti olmamalıdır, Azərbaycan vətəndaşlarının və mallarının gedişinə Ermənistan sərhədçiləri və gömrükçüləri nəzarət etməməlidir. Əks halda Azərbaycan Xankəndi və Ermənistan arasında sərhəd və gömrük nəzarəti yaradacaq. Eyni şey digər kommunikasiyalara da aiddir: qaz, işıq, internet bağlantısı. Ermənistanın Xankəndini qaz və elektrik enerjisi ilə təmin etmək hüququ varsa, o zaman Azərbaycan da Zəngəzur dəhlizində qaz, neft, elektrik enerjisinin nəqli-tranzit infrastrukturları qura bilər. Bunda ən çox Azərbaycan maraqlıdır”. O da bildirilir ki, Ermənistanın Azərbaycanın tələblərinə müqavimət göstərmək üçün resursları yoxdur. Azərbaycan qanunsuz erməni dəstələrinin buraxılmasını və tərksilah edilməsini tələb edir: “Üstəlik, Azərbaycan hakimiyyəti Ermənistan büdcəsindən Qarabağa ayrılan illik hökumətlərarası kreditin məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu o həddə qədər azaldılmalıdır ki, yalnız humanitar problemləri həll etmək mümkün olsun. Söhbət pensiya, əmək haqqı, müavinətlər, lakin strukturların maliyyələşdirilməsindən gedir. Bununla Azərbaycan Ermənistanın dövlət büdcəsini özü tərtib edib, hansı sektora nə qədər maliyyə ayrılacağına qərar vermək istəyir. Paşinyan hakimiyyətdə qalsa, 2023-cü ilin büdcəsini Ermənistan parlamenti deyil, Azərbaycan tərəfi təsdiq edəcək”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ