Cümə axşamı günü, 12 noyabr 2026
     

Azad edilmiş ərazilərə böyük qayıdışın mühüm mərhələsi başlanır

Image


“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”. Bu fikirləri prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.

Hadisələrin inkişaf axarı göstərir ki, işğaldan azad edilən digər ərazilərin sakinləri kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinləri də tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

  • Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış sürətli olacaq, Azərbaycan bununla növbəti vacib missiyanı uğurla başa çatdıracaq

Onu da qeyd edək ki, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış yaxın tezlikdə reallaşacaq və bunu həmin ərazilərin sakinləri də istəyirlər. Məsələ burasındadır ki, prezident İlham Əliyevin yuxarıda səsləndirdiyi fikirlərdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar müşavirə keçirilib. Burada qeyd edilib ki, Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Hazırda ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər. Hesab edilir ki, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış Qarabağın, o cümlədən burada qalan ermənilərin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın bu məsələyə xüsusi diqqət etməsi təsadüfi deyil. Əvvəla, bununla Azərbaycanda məcburi köçkünlərin yurd həsrətinə son qoyulması kimi mühüm bir vəzifə icra edilir. Digər tərəfdən Azərbaycan Ermənistandan Qarabağa gələn kommunikasiya xətləri üzərində tam nəzarət imkanları qazanır. Beləliklə, bu halda Qarabağda qalan ermənilərin gələcəyi də tam ölkəmizdən asılı vəziyyətə düşür. Bu mənada Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış prosesinin sürətlə reallaşması tamamilə gözlənilən hesab olunur.  Burada bir daha xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın rayonu Azərbaycanın nəzarəti altına keçib. Amma Laçın dəhlizi Ermənistanı Xankəndi ilə birləşdirən yeganə yol olduğu üçün eni beş kilometr olan bu dəhliz üzərində yerləşən Laçın şəhəri və Zabux kəndi Azərbaycan ordusunun nəzarətindən kənarda qalıb. Üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun inşasına üç il ayrılsa da, Azərbaycan bu işi iki il ərzində görə bilib. Bundan sonra Laçın rayonunun mərkəzi Azərbaycanın nəzarətinə keçməlidir. Bu xüsusda Azərbaycanın tələbi üçtərəfli bəyanatın tələblərinə əsaslanır. Hazırda Laçın və Zabuxda yaşayan ermənilər istəsələr, Azərbaycan hakimiyyətinə müraciət edə, ölkə vətəndaşlığı ala və həmin regionun işğalından sonra yaşadıqları yerdə həyatlarına davam edə bilərlər. Amma görünür ki, onlar bu variantı heç nəzərdən də keçirmirlər. Bu fonda da həmin yerləri tərk etməlidirlər.

  • Bakı qarşıya qoyduğu üç əsas məqsədə çatacaq

Qeyd edilən prosesləri yaxından izləyən Beynəlxalq Böhran Qrupu bildiri rki, Azərbaycan Qarabağ məsələsində hədəflərinə çatmaqdadır. Bu da Bakıya azad edilmiş ərazilərə köç prosesinə daha tez başlamaq imkanları yaradır. Beynəlxalq Böhran Qrupu bildirir ki, hazırda  nail olmaq istədiyi üç məqsəd güdür.

Bakının birinci tələbi, ekspert qrupunun fikrincə, Xankəndidən Ermənistana gedən yol - Laçın dəhlizinə aiddir: “Azərbaycan rəsmiləri xüsusilə bildiriblər ki, İrəvan tərəflərin 10 noyabr 2020-ci il tarixli bəyanatında razılaşdıqları bu yoldan yan keçən yeni marşrutun tikintisini gecikdirir. İkinci tələb faktiki olaraq Qarabağda yerləşən erməni silahlı qüvvələrə aiddir. Azərbaycan onları qanunsuz adlandırır və Rusiya sülhməramlılarından bu qüvvələri tərksilah etməyi tələb edir. Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı da fikir ayrılıqları var. İrəvan qoşunlarını çoxdan çıxardığını deyir, Bakı isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyulun ortalarında Ermənistanın qoşunlarını sentyabra qədər çıxaracağı ilə bağlı verdiyi müsahibəyə istinadən bunu inkar edir. Bundan sonra İrəvan Qriqaoryanın sözlərini can-fəşanlıqla təkzib etməyə çalışır, onların ümumi kontekstdən çıxarıldığını iddia edir. Azərbaycan hərbi rəsmilərindən biri də öz növbəsində Beynəlxalq Böhran Qrupuna bildirib ki, Dağlıq Qarabağ tamamilə silahsızlaşdırılana qədər Bakı öz fəaliyyətini davam etdirəcək. Üçüncü tələbi irəli sürən Bakı sülh müqaviləsi ətrafında danışıqlara başlamağa çalışır və onun köməyi ilə münaqişəni öz xeyrinə tam bitirməyə ümid edir. Ötən ilin aprelində Ermənistan və Azərbaycan liderləri Brüsseldə bu məsələ ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını bildirsələr də, Bakı o vaxtdan diplomatik təmasların çox ləng getməsindən narazıdır. “Ermənistan rəsmiləri danışıqları bilərəkdən süründürürlər” deyən azərbaycanlı rəsmi bu xususda əlavə edib: “Onlar düşünürlər ki, geosiyasi vəziyyətin öz xeyrinə dəyişməsini gözləyə bilərlər. Amma bu olmayacaq”. Bəs, Rusiya sülhməramlıları bu vəziyyətdə Azərbaycanı dayandırıb atəşkəsi saxlaya bilərmi? Yox. Elə bu səbəbdən İrəvan sülhməramlıların hərəkətsizliyindən şikayət edir. Hərçənd rusların daha çox iş görmək üçün hansı imkanları olduğu aydın deyil. Qarabağda qalan ermənilərdən biri deyir: “Sülhməramlılar çox vaxt özlərini gücsüz hiss edirlər, hamı başa düşür ki, bu gün Rusiya beynəlxalq arenada həmişəkindən daha zəifdir”. Son toqquşmalar Rusiya sülhməramlı missiyasının üzləşdiyi çətinlikləri bir daha göstərdi. Sülhməramlılar hələ də dəqiq mandata malik deyillər və monitorinqdən başqa nə edə biləcəkləri bəlli deyil. İndiki vəziyyət sülhməramlıların mövcud monitorinq mandatını yerinə yetirmək qabiliyyətinə xələl gətirmək təhlükəsi yaradır. Ancaq bu, Azərbaycan üçün maraqlı deyil və 2025-ci ilə kimi rus sülhməramlı qüvvələri buranı böyük ehtimalla tərk edəcəklər”. Hesab edilir ki, bu şəraitdə Azərbaycan vətəndaşı olmaq istəməyən ermənilər də ırazini tərk edəcəklər. bu da Azərbaycana böyük qayısış prosesini istədiyi şəkildə daha tez icra etmək imkanları qazandıracaq.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ