şənbə günü, 19 sentyabr 2026
     

Qarabağ ermənilərinin Rusiya sülhməramlılarına ümidlərinin üzərindən birdəfəlik xətt çəkildi

Image


Azərbaycan ərazilərində, daha doğrusu Qarabağda qalan ermənilərin gələcək taleyinin necə olacağı ilə bağlı ölkəmizin sərgilədiyi mövqenin tam reallığı əks etdirməsi artıq konkret faktlar nümunəsində öz əksini tapır. Ölkəmizin yanaşması bundan ibarət idi ki, həmin ermənilər ya Azərbaycan vətəndaşları kimi Qarabağda qalıb yaşamağa davam edəcəklər, ya da buranı tərk edəcəklər. buna hər vəchlə etiraz etmək istəyən ermənilərin yanlış yolda olması “Qisas” əməliyyatı ilə təsdiqini bir daha tapdı.

Ermənilər bir daha əmin oldular ki, Azərbaycana qarşı müqavimətləri mümkünsüzdür.  Rusiyanın “Vedemosti” nəşri bu xüsusda yazır ki, Bakı erməni tərəfinə avqustun əvvəlində növbəti dərs verib və üstünlüyünü bir daha göstərib: “Yeni hərbi əməliyyatlar baş verdi. Azərbaycan ordusu PUA-larla bir neçə zərbə endirib, bundan sonra döyüş bölgəsindəki yüksəklikləri nəzarətə götürüb. Toqquşmalar Laçın dəhlizi yaxınlığında baş verir. Bu dəhliz Qarabağı Ermənistanla birləşdirən dar zolaqdır. Bu yolla Qarabağ üçün tədarüklər aparılır. Azərbaycan hərbçiləri üçün də əsas məqsəd budur, çünki bu dəhliz olmadan Qarabağdakı ermənilər tam mühasirədə qalacaq. 2020-ci ilin qırx dörd günlük müharibəsindən sonra 1992-ci ildə Ermənistan tərəfinin ələ keçirdiyi Laçın şəhəri və dəhlizi istisna olmaqla, qalan yerlər Azərbaycana qaytarıldı. Razılaşmaya əsasən, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Bakı Laçının və yolun Azərbaycana təhvil verilməsini tələb edir, əvəzində artıq Azərbaycan qüvvələrinin nəzarətində olan ərazilərdən keçəcək başqa yolun veriləcəyini vəd edir. Qarabağ üçün həyati əhəmiyyət kəsb edən digər kommunikasiyalar, qaz kəməri, elektrik xətti Laçın dəhlizindən keçir. Ermənilər yolun təhvil verilməsinə razılıq verməsələr də, Bakı tələbini geri çəkmədi. Azərbaycanın Qarabağ məsələsi ilə bağlı mövqeyi əvvəldən dəyişməz qalıb. Bakı Qarabağda heç bir muxtariyyətlə razılaşmır və bu ərazi üzərində mütləq suverenliyə malikdir. Bakı ermənilərin taleyinin müzakirəsini kəskin şəkildə rədd edir. Qarabağ münaqişəsi dövlətlərarası münaqişə deyil, milli ideologiyaların mübarizəsidir, onların arasında kompromis tapmaq mümkün deyil. Erməni ideologiyası Qarabağın Ermənistanın tarixi hissəsi olmasına əsaslanır. Azərbaycanın dövlət ideologiyası ondan ibarətdir ki, Qarabağ erməniləri yerli azərbaycanlı əhalini oradan qovub, özləri mühacirdir. Sadə səbəbdən Qarabağda yeni müharibə olmayacaq, çünki olarsa, Ermənistanın və Qarabağ ermənilərinin heç bir şansı olmayacaq. Neft və qazla zəngin olan, qüdrətli Türkiyə tərəfindən dəstəklənən Azərbaycan o qədər güclüdür ki, hər ikisini asanlıqla məğlub edə bilər. 44 günlük müharibədə uzunmüddətli istehkamlara əsaslanan, xeyli hərbi texnika və sursat ehtiyatına malik erməni qüvvələri Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilmədi. İndi nə o silahlar, nə də istehkamlar var. İndi Qarabağdakı ermənilər müdafiə oluna bilməyən kiçik bir torpaq parçasına sahibdirlər. Su ehtiyatlarının böyük hissəsindən, 36 SES-dən 29-u itirilib, əkin sahələrinin dörddə üçündən çoxu Azərbaycanın nəzarətinə keçib. Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi dayandırıb. 44 günlük müharibədən əvvəl Qarabağda ordu saxlayan Ermənistan Azərbaycanın təzyiqi ilə öz hərbi hissələrini çıxarır. Qarabağa silah göndərmək mümkün deyil, çünki sərhəd nəzarəti azərbaycanlıların əlindədir. Ermənistandakı ordu da o qədər də yaxşı vəziyyətdə deyil”.  Belə şəraitdə ermənilər rus sülhməramlı qüvvələri sayəsində Azərbaycanın istəyinə qarşı çıxa biləcklərini düşünsələr də, hadisələr bunun da reallıqdan uzaq olduğunu göstərir.

Məsələ burasındadır ki, sülhməramlılar Azərbaycanın iradəsinə qarşı getmək istəmirlər. Bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov da xüsusi olaraq vurğulayır: “Qarabağ ətrafında vəziyyətin indiki gərginləşməsini mən öncədən proqnozlamışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər. Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək. Rusiya mətbuatında Qarabağ ətrafında baş verənlərə münasibətə gəlincə, demək olar ki, o yox səviyyəsində idi. Bu mövzuda ara-sıra nəşrlər Rusiya mətbuatında çıxdı. Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi diqqəti cəlb etmədi. Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur”. Ekspert “axar.az” portalına açıqlamasına qeyd edir ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar: “Buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə heç vaxt. Bunun bir neçə izahı var. Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarım ərzində bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı “hərbi polislər” var. İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da, öz növbəsində, Qarabağda sülhməramlıları ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir. Azərbaycan ordusunun Qarabağda keçirdiyi xüsusi əməliyyata şəxsi münasibətimə gəlincə isə, 2020-ci il sentyabrın 27-də olduğu kimi, indi də mən Azərbaycan ordusunun yanındayam!”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ