Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa edir: Ermənistanın alternativ yol planı gündəmdən çıxdı

Image


Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdikdən sonra Qarabağda qalan ermənilərin Ermənistanla necə əlaqə yaradacağı qarşı tərəfdə əsas müzakirə predmeti olaraq qalır. Azərbaycan bu xüsusda heç bir problem görmür və Laçın dəhlizinə alternativ olan yüksəksəviyyəli yol inşa edib. Yəni alternativ yolun Azərbaycan ərazisindən keçən hissəsi hazırdır.

Məsələ ilə bağlı Qarabağdakı qondarma qurumun “nümayəndəsi” Hayk Xanumyan da qeyd edir ki, Ermənistana gedən yeni marşrutun Laçın dəhlizi, Kiçik Qaladərəsi, Ulu Qarabəy, Göytala kəndlərindən keçərək Ermənistan sərhədinə çatan hissəsi artıq hazırdır. Lakin yolun Ermənistan tərəfinə düşən hissəsi ilə bağlı vəziyyət fərqlidir.
O qeyd edib ki, Ermənistanda avqustun 1-də tender təşkil olunub, bunun nəticəsində üç şirkət yol hissəsinin tikintisinə başlayacaq: “Ehtimal olunur ki, mövcud yol bağlandıqdan sonra yeni marşrut xəttini Ermənistan sərhədindən magistral yola qədər olan 3-4 kilometrlik torpaq hissəsi ilə birləşdirməyə çalışacağıq və bununla da yol çəkilənə qədər problemin müvəqqəti həllini təmin edəcəyik”. Lakin separatçı rejimin digər təmsilçisi Viktoriya Petrosyan bildirir ki, yolun Ermənistan ərazisinə düşən hissəsinin vəziyyəti çox acınacaqlıdır: “Hazırkı magistral yola birləşdirən 4 kilometrlik torpaq yol var: burada vəziyyət çətindir”.  Petrosyanın sözlərinə görə, bu torpaq yol da Rusiya sülhməramlılarının nəzarətində olacaq: “Avqustun 25-dən Qarabağdan Ermənistana və əks istiqamətdə hərəkət azərbaycanlıların Həkəri çayı üzərindən tikdiyi körpüdən olacaq. Körpüdən keçirsən, Zabuxdan  yuxarıdan sağa dönürsən və otlaqların və tarlaların yanından keçirsən”. Zabux sakini Anuş Arakelyan da “Azatutyun” radiosuna açılamasında yolun Ermənistan hissəsinin avtomobillər üçün keçilməz olduğunu vurğulayır: “İndi keçilməzdir, iş görülməlidir. Minik  maşınları oradan keçə bilməyəcək”. “Azatutyun” radiosu qeyd edir ki, bu 4 kilometrlik yolun müvəqqəti olsa da insanlara xidmət göstərməsi üçün onu abadlaşdırmaq lazımdır: “Həm Kornidzor, həm də  Zabux sakinləri hələlik heç bir iş görülmədiyini deyir. 15 gündən sonra Ermənistanla Qarabağı birləşdirəcək yeganə yol olacaq bu yolu İrəvan  təmir etməyi planlaşdırıb. Lakin hələ də heç bir iş görülməib. Bu torpaq yol kənd sakinlərinin dediyinə görə indi çətin keçilirsə, payız yağışı, sonra qar şəraitində  buradan istifadə mümkünsüz olacaq”.  Lakin bunlar Azərbaycan üçün maraqlı deyil.  Azərbaycan alternativ yolun çəkilməsi üçün mümkün olan istiqaməti çoxdan bəyan edib və bununla bağlı işləri 2 ildir aparır. Ermənistan isə 2 ildir Azərbaycanın çəkdiyi yolu izləməkdən başqa heç bir iş görməyib. Azərbaycan alternativ yolu çəkib, Ermənistan o yolu çəkə bilməyibsə, onda öz ərazisindən daş-kəsəkli və torpaq yolla hərəkət edə bilər. Bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Qeyd edilənlər fonunda fikirlər səslənir ki, əslində, Ermənistan Qarabağın qalan hissəsini də tezliklə Azərbaycana təhvil verəcəyini bildiyindən alternativ yolla bağlı prosesi öz ərazisində ləngidir. Erməni politoloq Armina Adibekyan da məsələyə bu prizmadan yanaşır. O qeyd edir ki, bu məsələdə Rusiya da Azərbaycanla eyni mövqedən çıxış edir: “Rusiya hər şeyi bir-bir Azərbaycana təhvil verir. Gördünüz ki, Rusiya 2020-ci il noyabrın 10-dan sonra nə qədər əraziləri Azərbaycana təhvil verdi və verməkdə davam edir”.

Erməni ekspert hazırda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərin də (Xankəndi, Xocalı, Ağdərə və digərləri) Azərbaycana təhvil veriləcəyini bildirib. Adibekyan qeyd edib ki, Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər, onlar Rusiyanın maraqlarını qoruyurlar: “Rusiya bizim əvəzimizə bizi müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusiya sülhməramlılarının Qarabağda yerləşməsinə yol açan sənədi kim imzalayıb? Paşinyan. Sabah o əsgər silahını götürüb gedəcək, yerinə türk gələcək. Mən neçə illərdir deyirəm ki, Türkiyə Ermənistana qoşun yeridəcək. Rusiya gedəcək və yerini türklərə verəcək”. Politoloq bütün prosesin 10 noyabr anlaşması üzrə getdiyini, sonda bütün Qarabağın Azərbaycan ordusunun nəzarətinə keçəcəyini söyləyib. Ermənistanın “Lragir” nəşri də məsələyə eyni prizmadan yanaşır və bu xüsusda yazır: “Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin son iclasında Qarabağdakı sülhməramlılardan şikayətlənib. O bildirib ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilmirlərsə, ya beynəlxalq mexanizmlər olmalıdır, ya da Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməlidir. O, Fərrux və Çaylaqqala hadisələrini misal gətirib. Bu hadisələrin üzərindən aylar keçib, niyə Paşinyan məsələni indi gündəmə gətirir? Suallar aktualdır, xüsusən də Lavrovun bəyanatına cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi narahatlıqlarını hələ 2021-ci ilin fevralında Rusiya tərəfinə çatdırdıqlarını bildirdi. Əgər Rusiyanın sülhməramlı kontingentinin missiyası şübhə altında idisə, bunu niyə əvvəlcədən açıqlamayıblar? Ədalət naminə qeyd edək ki, bu məsələdə erməni siyasi təbəqəsi də məsuliyyət daşıyır. Lakin bu, Paşinyanın məsuliyyətini aradan qaldırmır.  Hazırda  Ermənistanın vəziyyəti daha da mürəkkəbləşib, o, ikili hədəfə çevrilib. Moskva və Bakı Qarabağın tərksilah edilməsi və yol rejiminin dəyişdirilməsi üzrə cari addımlarla Qarabağda “təhvil-təslim” aktını başa çatdırırlar. Bu mənada Qarabağdakı son toqquşmadan sonra Kreml və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatları noyabrın 10-da qəbul edilmiş sənədin uğursuzluğunu etiraf etmək deməkdir. Görünür ki, üçtərəfli razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsi tələbi yalnız ermənilərə aiddir. Hazırda erməni mövqelərinin təslim edilməsi və “demilitarizasiyası” Rusiya kontingentinin fəal səyləri ilə həyata keçirilir. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında məsələlərin müstəsna olaraq “üçtərəfli danışıqlar formatları çərçivəsində” həllindən danışılır. Bu, Nikol Paşinyanın bəyanatına cavabdır. Paşinyan bildirib ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilmirlərsə, ya beynəlxalq mexanizmlər olmalıdır, ya da Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməlidir. Beləliklə, Rusiya Xarici İşlər Nazirliyi Qarabağ məsələsini Rusiya-Azərbaycan-Türkiyə nəzarətindən çıxarmaq mümkünlüyünü rədd edir”.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ