Cümə günü, 13 noyabr 2026
     

“RİA Novosti” məhz Müstəqillik Günündə Azərbaycana qarşı separatçı deputata şans verdi...

Image


Rusiyanın aparıcı mətbu orqanı olan “RİA Novosti” Azərbaycana qarşı təxribatçı yazı dərc edib. Azərbaycan 28 May – Müstəqillik Gününü qeyd edərkən, Rusiyanın dövlət media orqanı ölkəmizə qarşı təxribatla məşğul olub. Bildirilənə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan və separatçılıqla məşğul olan qondarma qurumun qondarma deputatlarından biri David Melkumyan Azərbaycan və Türkiyəyə qarşı qərəzli və düşmən mövqeyi sərgiləyən müsahibə verib. Bu barədə yerli media məlumat yayıb.

Ekspertlərin sözlərinə görə, “RİA Novosti” qondarma deputata məqsədli şəkildə yer ayırıb və məqsədi də Azərbaycan-Türkiyə qardaşlığına, müttəfiqliyinə kölgə salmaq olub. Ekspertlərin qeyd etdiyinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin Azərbaycanın Müstəqillik Gününü birgə qeyd etməsi, hər iki prezidentin “Teknofest”i izləyərək bəyanatlar verməsi Rusiyanın özünü bərk narahat edib.

  • “Azərbaycan Rusiya mediası ilə bağlı siyasətinə yenidən baxmalıdır”

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, təkcə “RİA Novosti” deyil, Rusiyanın öndə gedən media qurumları Azərbaycana qarşı təxribatla məşğul olur. “Rusiya mediası ilə bağlı diqqətli və ehtiyatlı olmaq lazımdır.Yalnız “RİA Novosti”  yox, ümumiyyətlə Rusiya mediası birmənalı olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur. Özəlliklə də öndə gedən Rusiya mediası bizə qarşı qaralama kampaniyası aparır. Təəssüflər olsun ki, biz də buna çox dözümlü yanaşırıq. Hətta “Sputnik Azərbaycan”ın gəlib Bakının göbəyində fəaliyyət göstərməsi, üstəlik də bəzən gizli, bəzən açıq şəkildə anti-Azərbaycan təbliğatı aparmasına belə dözürüksə, Moskvadakı media haqqında nə deyə bilərik? Onlar niyə o bölücülərə, separatçılara meydan verirlər? Azərbaycanın Müstəqillik Günündə Rusiya mediasında separatçı deputatın dili ilə  Azərbaycan və Türkiyə əleyhinə fikirlərin səsləndirilməsinin arxasında Rusiyanın özünün niyyətləri dayanır.  Bu aydın məsələdir ki, Rusiya mediası birmənalı olaraq ermənilərin təsiri altındadır. Təbii ki, azərbaycanlılar da nəsə edə bilər. Amma təəssüf ki, Rusiyadakı  Azərbaycan milyonerləri və milyarderləri Rusiya mediasına bu yöndən təsir etməyə o qədər də meylli görünmürlər. Bu da səbəblərdən biridir. Ümumiyyətlə isə, Rusiyanın özünün dövlət siyasətinin özü də bunun üzərində köklənib. Ona görə də media sadəcə “ermənilər belə istədilər” prinsipi ilə davranmır, bunu həm də Kreml, rəsmi Moskva istəyir, rus mediası ona görə davranır. O baxımdan düşünürəm ki, Azərbaycan Rusiya mediası ilə bağlı siyasətinə yenidən baxmalıdır. Dəfələrlə deyirik ki, Rusiyanın televiziya kanallarının Azərbaycanın kabel paketlərindən çıxarılması təmin edilməlidir. Rusiya mediasının Azərbaycandakı təmsilçilikləri, xüsusən də “Sputnik Azərbaycan”ın fəaliyyəti nəzarətə götürülməlidir. Ümumiyyətlə, “Sputnik Azərbaycan” ölkəmizdən çıxarılmalıdır. Sizə bir misal çəkəcəyəm. Rusiya prezidenti Vladimir Putin prezidentimiz İlham Əliyevlə telefonla danışır, təbii ki, dövlətlərarası münasibətləri və sairi müzakirə edirlər. Nəticədə Kreml rəsmi xəbər yayır ki, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub, ikitərəfli münasibətlər, güney Qafqazda durum və s. müzakirə olunub. Orda bir dəfə də olsa Qarabağın adı keçmir. Amma nə müşahidə edirəm? Görürəm ki, "Sputnik Azərbaycan" öz xəbərlərində qeyd edir ki, Putinin İlham Əliyevlə Qarabağı müzakirə edib. "Sputnik Armeniya" isə bu xəbəri başqa cür təqdim edir və deyir ki, misal üçün, “Azərbaycan prezidenti ilə Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib”. Siz ifadəyə, təqdimata baxın. İyunun 1-də də Putin Nikol Paşinyana ad günü münasibətilə zəng edib onu təbrik edib, müəyyən məsələlər də müzakirə olub. Kremlin saytını açın baxın, orada Qarabağın adı ümumiyyətlə keçmir. Amma siz "Sputnik Azərbaycan" ın xəbərini açın baxın, yazırlar ki, Qarabağla bağlı müzakirə aparıblar. Özü də “Sputnik Azərbaycan” bunu Kremlə istinadla yazır. Biz buna niyə dözməliyik? Düşünürəm ki, “Sputnik Azərbaycan”ı ölkədən çıxarmaqla prosesə başlamaq lazımdır. Hesab edirəm ki, bizim Moskvadakı səfirliyimiz belə məsələlərlə bağlı Rusiya mediasına təkzib göndərməlidir. İllərdir bunu deyirik. Səfirlik orada nə işlə məşğuldur? Açıqlama versin, bəyanat versin. Yəni Rusiya dövlətinin rəsmilərinə etiraz etsin, nota göndərsin. Bu işləri görmək lazımdır. Bizim XİN də, səfirliyimiz də bunu etməlidirlər. Etmirik, sonra da deyirik ki, Rusiya mediası niyə bizə qarşı qərəzlidir. Sən ona cavab verməyəndə o da belə davranacaq. Ermənilər də görür ki, meydan boşdur, götürüb istədiklərini yazdırırlar. Bizim dövlət qurumları susduqca onlar bunu davam etdirəcəklər. Eyni zamanda yenidən fəaliyyətə keçmək, Azərbaycanın Rusiyadakı səfirliyini bu yöndə fəallaşdırmaq lazımdır. Həzm edə bilmirlər, türk birliyi onları narahat edir. Odur ki, belə hallara rəvac verirlər”- deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ