Cümə günü, 13 noyabr 2026
     

NATO parçalanır, Avropa artıq öz ordusunu yaradır…

Image


Avropa İttifaqı tərəfindən ümumi Avropa ordusunun yaradılması məsələsi uzun müddət gündəmdə olsa da, onun reallaşması mümkün olmamışdı. Amma Rusiya-Ukrayna savaşından sonra vəziyyət dəyişib. Avropa artıq öz ordusunu yaratmağı düşünür.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirir ki, Avropa İttifaqı həm də hərbi güc olmalıdır. O qeyd edib ki, Avropa Müdafiə Agentliyi üzv dövlətlərin müdafiə sahəsində performansını qiymətləndirir: “Görünən odur ki, daha çox iş görülməlidir və biz bunu birlikdə etməliyik. Əgər hər bir üzv dövlət ayrılıqda müdafiə xərclərini artırsa, bu böyük maliyyə vəsaitinin itkisi deməkdir. Çünki belə halda biz duplikasiya və təkrarlanmanın qarşısını ala bilməyəcəyik, üzv ölkələr müdafiə sənayesində təkrara yol verəcəklər və mövcud boşluqları aradan qaldıra bilməyəcəyik. Ona görə də biz müdafiə sahəsində xərclərini koordinasiyalı şəkildə artırmalıyıq və təbii ki, bu asan məsələ deyil. Çünki ordu, hərb sənayesində inkişaf hər bir ölkənin əsas məsələsidir və bu sahədə əməkdaşlıq siyasi bacarıqlar və iradə tələb edir”. Borrell əlavə edib ki, Avropa Müdafiə Agentliyi hesabat təqdim edib və burada bir sıra tövsiyələr var: “Biz Ukrayna müharibəsindən öyrəndik ki, ticarət, qanunun aliliyi, sivil güc olmaq kifayət deyil, biz həmçinin hərbi güc olmalıyıq”. Bu fonda Almaniya kansleri Olaf Şolts “Stuttgarter Zeitung” qəzetinə müsahibəsində bəyan edib ki, Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq: "Almaniya NATO-ya üzv ölkələr arasında Avropada ən böyük ordu yaratmaq niyyətindədir. Dövlət bunun üçün 100 milyard avro ayıracaq. Onların böyük hissəsi hava qüvvələrinin inkişafı və modernləşdirilməsinə sərf olunacaq". Məlumata görə, hərbi hava qüvvələrinin inkişafı üçün 40,9 milyard avro nəzərdə tutulub. Almaniya köhnəlmiş "Tornado" döyüş təyyarələrini əvəz etmək üçün yeni "Eurofighter" və F35 qırıcı bombardmançıları almağı planlaşdırır. Vəsaitlərin bir hissəsi həmçinin kosmosda erkən xəbərdarlıq sisteminin inkişafı üçün nəzərdə tutulub. 19,3 milyard avro dəniz donanmasının inkişafına, xüsusən də yeni gəmilərin və sualtı qayıqların alınmasına yönəldiləcək. Daha 16,6 milyard isə quru qoşunlarının inkişafına, o cümlədən "Marder" piyada döyüş maşınının əvəzinə yeni piyada döyüş maşınlarının hazırlanmasına ayrılacaq. Bununla yanaşı, Olaf Şolts da qeyd edir ki, Avroap ittifaqına müasir Avropa ordusu lazımdır. Onun sözlərinə görə, belə bir ordu üçün Aİ Rusiyanın Ukraynaya genişmiqyaslı əməliyyatından sonra xüsusi çalışmalıdır.

Bir nüansı da xatırladaq ki, Fransa Avropanın ABŞ və NATO-dan asılılığını minimuma endirmək üçün Avropa ordusunun yaradılmasını da fəal şəkildə təşviq edir. Bu səbəbdən ABŞ Avropa orduanunun yaradılmasına qarşı çıxır. Aİ-nin müdafiə təşəbbüslərini dəstəklədiyini bildirən NATO baş katibi Yens Stoltenberq burada təmsil etdiyi qurumun nəzərə alınmasını vacib sayıb: “Aİ-nin İttifaqın müdafiə qabiliyyətini gücləndirmək təşəbbüsləri NATO-nun gücünü nə təkrarlamalı, nə də zəiflətməlidir”. Onun fikrincə, bu kimi təşəbbüslər Avropanı parçalanmaq təhlükəsilə üz-üzə qoymuş olacaq. “Cənubda Türkiyə, şimalda Norveç və İslandiya, qərbdə isə ABŞ, Kanada və Böyük Britaniya. Əgər xəritəyə nəzər yetirsək, bu dövlətlər bütün Avropanın qorunması baxımından böyük əhəmiyyət kəsb edir”. O hesab edir ki, alternativ strukturlar yaratmaqla bütün transatlantik əlaqələri zəiflətmək cəhdi nəinki NATO-nu zəiflədəcək, həm də Avropanı parçalayacaq. NATO-nun zəifləməsi Rusiyanın maraq dairəsində olduğundan, Moskva Avropa ordusunun yaradılmasına xüsusi maraqlı tərəfdir. Avropa isə özünün təhlükəsizliyi ilə bağlı fərqli mövqe tutmağa başlayıb.  Brüssel artıq Amerikaya etibar etmir. Əksər Avropa ölkələri ABŞ-ın əsas söz sahibi olduğu NATO tərkibində əməliyyatlarda iştirak etsələr də, Fransa və Almaniya ayrıca Avropa ordusunun yaradılmasında maraqlıdır. Məqsəd ABŞ-ın Avropa ölkələri üzərində hərbi təsirini azaltmaqla yanaşı, Avropa ölkələri arasında gələcəkdə hərbi qarşıdurmaları önləmək və müxtəlif ölkələrin hərbi təhcizatını vahid sistem halına gətirməkdir. Bundan başqa, avropalılar ümumiyyətlə qlobal geosiyasi dinamikanı nəzərə alırlarsa, onda onlar düşünülmüş hərəkət edirlər. Həmçinin  Avropada artıq ABŞ-ın dünya lideri kimi funksiyanı yerinə yetirə biləcəyinə inanmır, bu səbəbdən də özlərinin təhlükəsizliyini təmin etmək qayğısına qalırlar. Bu proseslər qlobal siyasətə əhəmiyyətli surətdə təsir göstərə bilər. Ən azından dünya yeni geosiyasi konfiqurasiyanın meydana gələ biləcəyinin şahidi olur. Avropa İttifaqının bu istiqamətdə radikal addımlar atması da normal görünür. Bu vəziyyətin geosiyasi proseslərdə hansı dəyişikliklərə səbəb olacağını ekspertlər maraqla gözləyir. Onu da qeyd edək ki, Avropa ölkələri arasında Birgə Müdafiə Birliyi barədə ilk fikirlər İkinci Dünya müharibəsindən sonra səsləndirilsə də, hazırkı formatda təqdim olunan ordu təklifinin yaşı iyirmi ildən çoxdur. Avropa ordusu adı daşıyan sistemə etimadsız yanaşanlar da kifayət qədərdir, çünki bir sıra ölkələr öz milli müdafiə strukturunu Brüsselə həvalə etməyi və tam şəkildə mərkəzdən asılı olmağı istəmirlər. Eləcə də Avstriya kimi əbədi neytrallıq elan etmiş və heç bir bloka qoşulmayan ölkələrin də yeni vahid orduda iştirakı məsələsi ciddi suallar doğurur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ