şənbə günü, 14 noyabr 2026
     

İƏT Zirvə toplantısında Azərbaycan Ermənistan üzərində daha bir vacib uğura imza atdı

Image


Bu gün ölkə rəhbərliyi tərəfindən Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif beynəlxalq platformalardan məharətlə istifadə olunur. Qeyd edilənlərin növbəti real nümunəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı fonunda özünü bir daha qabarıq şəkildə büruzə verdi. Toplantının gedişi, burada qəbul edilən yekun sənəd Azərbaycanın, o cümlədən Prezident İlham Əliyevin növbəti mühüm diplomatik qələbəsi kimi tarixə düşdü.

Zəngəzur dəhlizindən istifadə İƏT üzvləri üçün mühüm üstünlüklər vəd edir

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və bu quruma üzv olan ölkələr eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatında təmsil olunurlar. Həmin dövlətlərlə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri yaradıılıb. Elə bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasına mühüm töhfələr verir.

Yaranmış vəziyyətdə Azərbaycan üçün əsas prioritetlərdən biri İqtisadi Əməkdaşlıq Təşkilatının faəliyyətinin daha təkmil hala gələməsi, üzv ölkələr arasında qarşılıqlı münasibətlərin güclənməsidir. Bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn Zəngəzur dəhlizindən sözügedən quruma üzv ölkələrin fəal istifadəsi onlar arasında iqtisadi inteqrasiyanı daha da gücləndirmək iqtiarındadır. Qeyd edilən xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev bildirib: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”. Burada nəzərə alınmalıdır ki, Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib və hökumətlərarası regional təşkilat olan İƏT Zəngəzur dəhlizindən yararlanmaqla davamlı iqtisadi inkişafında yeni nailiyyətlərə imza ata bilər. Azərbaycanın Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi də bu fonda İƏT üçün mühüm üstünlüklər vəd edir. Bunu Milli Məclisin deputatı Cavid Osmanov da xüsusi olaraq qeyd edir: “Bu və digər regional, eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış edən Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Buna töhfə verəcək növbəti böyük bir uğurun - Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər”. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini əsaslandıran fikirləri, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentinin İƏT-də qurucu lider kimi tanınmasına əsas verir.

Nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayını artırır

O da mühüm faktdır ki, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması Azərbaycana mühüm dividendlər qazandırır. Bu, ölkənin sosial-iqtisadi inkişafını daha dinamik hala gətirməklə yanaşı, təhlükəsizlik sferasında Azərbaycanın əlavə üstünlüklər əldə etməsinə gətirib çıxarır. Uğurlu enerji strategiyasına paralel olaraq, ötən illər ərzində Azərbaycan transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində mühüm uğurlara imza atıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verməklə yanaşı, onların reallaşması istiqamətində genişmiqyaslı işlər görüb.

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra regionda transmilli nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində ölkəmiz yeni imkanlar əldə edib. Xüsusən də Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün əldə edilən razılıqlar Avrasiya məkanında Azərbaycanın tranzit imkanlarının daha da artmasına gətirib çıxaracaq. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını daha da artıracaq. Bu, Azərbaycanda qeyri-neft sektorundan əldə edilən gəlirlərin ciddi şəkildə artımına səbəb olmaqla yanaşı, ölkəmizin ixrac məhsullarının həcminin artmasına da təsir edəcək. Azərbaycanın tranzit imkanlarının, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləriində artan rolu ölkəmizlə tərəfdaşlıq edən dövlətlərin də sayını çoxaldır. Bu da öz növbəsində Azərbaycanın tərəfdaşlarının sayının artması, onlarla müttəfiqlik əlaqələrinin möhkəmləməsi deməkdir. Beləliklə, nəqliyyat layihələri Azərbaycana təkcə iqtisadi yox, həm də siyasi dividendlər qazandırır. Eyni zamanda bu layihələr Azərbaycanın dünya miqyasında inteqrasiya siyasətinin də uğur göstəricisi kimi qəbul edilir və bunu İƏT-lə tərəfdaşlıq kontekstində də görmək olar. Elə bundan irəli gəlir ki, qurumun Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan beynəlxalq aləmdə öz maraqlarının təmin edilməsinə də uğurla nail olur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ