Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili ilk səfərlərindən birini Azərbaycana edəcək

img

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili ilk səfərlərindən birini Azərbaycana edəcək.

Trend-in məlumatına görə, bu barədə nazir parlament qarşısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Mənim Azərbaycanın müdrik lideri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var".

İ.Qaribaşvili baş nazir vəzifəsində ilk səfərlərinin Brüsselə və Bakıya olacağını deyib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində İ.Qaribaşvilinin baş nazir vəzifəsinə təsdiq olunması ilə bağlı iclas keçirilir.

Son xəbərlər