Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev

img

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, ölkə liderləri şəxsində aparılan siyasət iki ölkə arasında inkişafın nümunəvi şəkildə həyata keçirilməsinə imkan verir.

PA rəsmisi qeyd edib ki, bizim vəzifəmiz iki ölkə arasında əlaqələri bütün istiqamətlərdə inkişaf etdirməkdir.

Son xəbərlər