Maliyyə Nazirliyi ermənilərin nazir Samir Şərifovla bağlı məktub saxtakarlığını ifşa etdi

img

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

Son xəbərlər