Əməkdar jurnalist Prezidentə müraciət etdi…

img

Bakıdan Əməkdar jurnalist Bayramov Nardar Məmməd oğlu Prezident İlham Əliyevə müraciət edib:

 

“Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan dövləti və xalqı işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs mübarizə aparır. Bu yolda hər bir vətəndaş cəmiyyətdəki mövqeyindən, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq birmənalı şəkildə Sizi dəstəkləyir. Xalqımız bu müqəddəs yolda birlik və həmrəylik nümayiş etdirir.

Şanlı Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda inamla irəliləməsi, qazandığı qələbələr hər bir vətəndaşın hədsiz sevincinə səbəb olur. Çünki xalqımız bu günü çoxdan gözləyirdi.

...Arzum budur ki, inşallah, tezliklə bütün torpaqlarımız işğaldan azad olunduqdan sonra, Sizin Şuşa şəhərinin ən yüksək zirvəsində möhtəşəm abidəniz ucaldılsın. Bu abidə həm xalqımızın qürur rəmzinə çevriləcək, həm də düşmənlərimizə göz dağı olacaq!

Tanrı Sizi qorusun!

Qarabağ Azərbaycandır!”

Baki-xeber.com

Son xəbərlər