Türkiyənin Sakarya şəhərindən Aişə Sarıgül xanım Prezident Əliyevə yazdı…

img

Türkiyə Respublikasının Sakarya şəhərindən Səvzəliyeva Sarıgül Aişə də Prezident İlham Əliyevə məktub yazıb.

“Mən əslən türkəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə oxuyardım.

Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan ordusunun tarixə yazdıqlarını sevinc göz yaşları ilə izləyirəm.

Azərbaycan tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın.

Qarabağın düşmənlərdən təmizlənməsi uğurundakı mübarizənizi cani-könüldən dəstəkləyirik.

Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Allahın köməkliyi ilə zəfər Azərbaycan ordusunundur.

Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun” - deyə Səvzəliyeva Sarıgül Aişə Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edir.

Baki-xeber.com

Son xəbərlər