Qarabağ müharibə iştirakçısı, məhkum Elçin Cəfərov Prezidentə müraciət etdi...

img

“Hazırda məhkum olduğum üçün hərbi əməliyyatları televiziya vasitəsilə davamlı olaraq izləyirəm. Ordumuzun qələbələrindən qürurlanmaqla yanaşı, erməni vəhşilərinin dinc əhalimizi atəşə tutmasından, yaranmış dağıntılardan və verilən şəhidlərdən bərk hiddətlənirəm.

...Mən 1992-1996-cı illərdə gedən Qarabağ döyüşlərinin iştirakçısı olmuşam, bu gün də döyüşlərdə iştirak etmək üçün əmrinizə hazıram. Çünki igid oğullarımızın müharibədə döyüşərək düşmənlə mübarizə apardığı bir vaxtda, keçmiş peşəkar döyüşçü kimi cəzaçəkmə müəssisəsində oturub baş verənlərə seyrçi qalmağım mənə mənəvi əzab verir.

Qarabağ bizimdir!”

Bu sözləri Prezident İlham Əliyevə müraciətində Şəki şəhərindən məhkum Elçin Cəfərov yazıb.

Baki-xeber.com

Son xəbərlər