Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı - VIDEO

img

Əsgər Namiq Rzayev qızğın gedən döyüşlərdə bədənindən qəlpə yarası almasına baxmayaraq, silahdaşlarını döyüş meydanında tək buraxmayıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Namiq Rzayev bölmələrimizin irəliləməsi üçün qrup komandiri kimi əlindən gələni əsirgəməyib.

Ordumuzun digər bir şücaətli hərbçisi isə Ruslan Məmmədovdur. Qrup komandiri vəzifəsinin öhdəsindən layiqincə gələn hərbçimiz reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edib.

 

Son xəbərlər