25/11/2020 17:26
728 x 90

Hikmət Hacıyev Ermənistanın humanitar atəşkəs barədə dediklərnini riyakarlıqdan başqa bir şey olmadığını dedi

img

Humanitar atəşkəsə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutmaqda davam edir. Bu onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bərdə rayonuna raket atması ilə bağlı bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu gün “Smerç” raketindən Azərbaycanın Bərdə, Tərtər və Goranboy şəhərlərini atəşə tutub: “Onların bu terrorist hərəkətləri nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər mülki insan həlak olub, 2-si uşaq olmaqla 14 insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Ümumilikdə, erməni terroru nəticəsində 69 insan öz həyatını itirib, 322 nəfər yaralanıb. Son humanitar atəşkəs elan olunandan bu günə qədər Ermənistan tərəfindən mülki obyektlərə qarşı 300-ə qədər mərmi, 10 raket istifadə edilib. Bu, Ermənistanın hərbi siyasi rəhbərliyinin hərbi cinayətidir".

Son xəbərlər