25/11/2020 16:58
728 x 90

Paşinyanın arvadı ön cəbhəyə çıxmağa hazırlaşır – “sülhsevər qadın” obrazı yaratmaq cəhdlərində saxta elementlər…

Fatimə Hacıbəyli: “…üstünə Akopyan gəlir”

img

Azərbaycan Ordusu qarşısında məğlubiyyətə uğrayan Ermənistanda qadınlar da orduya cəlb edilirlər. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan 13 qadından ibarət birlik yaradaraq, təlimlərə başlayacaqlarını açıqlayıb. A.Akopyan deyib ki, bundan sonra cəbhəyə gedib döyüşəcəklər.

 

Akopyan bu barədə “Facebook”da məlumat verib. “Sabahdan özüm də daxil olmaqla 13 qadından ibarət bir dəstə hərbi təlimə başlayacaq. Bir neçə gündən sonra vətənimizin sərhədlərini qorumağa gedəcəyik”- deyə Akopyan yazıb.

Xatırladaq ki, İtalyan dilində yayımlanan “Eurasianews” xəbər portalı A.Akopyanın erməni qadınlarını Azərbaycanın mülki şəxslərinə qarşı hücum etməyə hazırlatdığını yazmışdı.

Onu da qeyd edək ki, son aylar həyat yoldaşıyla birlikdə adı bəzi intriqalarda hallanan Akopyan 2018-ci ildə bölgədə barışın tərəfdarı olduğunu deyərək, Azərbaycan qadınlarını hətta sülhə çağırmışdı. Ancaq indi o, qadın batalyonu yaradaraq döyüşə qatılacağını bəyan edir.

  • “Bunlar ər-arvad populizmlə məşğuldur”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, A.Akopyanın 13 qadınla Qarabağda döyüşmək istəyi gülməlidir: “Vaxtilə Akopyan vəziyyətin  gərgin olduğunu başa düşüb bir əlində avtomat, digər əlində çiçək dəstəsi tutub bizim qadınlara müraciət edərək müharibənin dayandırılması haqqında çağırış edirdi. A.Akopyan bizə yox, özününkülərə müraciət etməliydi. O deməliydi ki, səhv etmisiniz, saxta tarixinizin qurbanı olmuşuq. Bu səbəbdən müharibəni dayandırıb, torpaqları öz sahibinə qaytarmaq lazımdır. Belə olarsa erməni əsgərləri həlak olmaz. O zaman erməni analar onun çağırışına qoşulardılar. Ancaq o bunu etmək əvəzinə, 13 qadınla birlikdə bizim igid əsgərlərimizin üstünə gəlir… Azərbaycan əsgərinin də “dizi titrəyir” ki, üstünə İrasim gəlir. Bunlar ər-arvad populizmlə məşğuldur. Bunlar müharibə dövründə belə publikaya işləyirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistanda kişilər döyüşməkdən imtina etdiyi üçün qadınlar əllərinə silah alıb döyüşmək istəyirlər. Ancaq onlar döyüş meydanında deyil. Sadəcə, əllərinə aldıqları silahla foto çəkdirib və şəkli sosial şəbəkədə yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər. Ancaq hər kəs bilir ki, onlar publika üçün o cür bəyanatlar verirlər

Günel CƏLİLOVA

Son xəbərlər