03/12/2020 14:32
728 x 90

Ermənistan meyitlərin və əsirlərin dəyişdirilməsi təkliflərinə niyə inadla müqavimət göstərir…

Rasim İsgəndərov: “Ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır”

img

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir: “2020-ci il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarılmasına, eləcə də Azərbaycanda saxlanan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib. Ancaq indiyədək Ermənistan Respublikası əsirlərin və saxlanan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməyib”.

Məsələ ilə bağlı fikir bildirən hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır: “Onlar bilirlər ki, Qızıl Xaç Komitəsi vasitəsilə çox sayda meyitin Ermənistana təhvil verilməsi oradakı əsgər ailələrini ayağa qaldıracaq və etirazlara səbəb olacaq. Bundan qorxan erməni hərbi-siyasi rəhbərliyi beynəlxalq qanunvericiliyin tələbinə məhəl qoymayaraq, humanitar atəşkəs rejimini pozdu”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanından yığmaq istəmir. Çünki döyüş meydanında qalan erməni əsgər meyitlərinin sayı hədsiz dərəcədə   çoxdur: “O meyitlər Ermənistana gedəndə, ailələrinə təhvil veriləndə nə baş verəcək? Ermənistan həlak olmuş əsgərlərin ailələrinin reaksiyasından qorxduğu üçün cəsədlərin mübadiləsinə razılıq vermir”.

Günel CƏLİLOVA

Son xəbərlər