Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır - Müdafiə Nazirliyi

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bu barədə baki-xeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir: "Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".