Gürcüstanın Marneuli rayonundan Azərbaycan Prezidentinə nə yazdılar…

img

Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndindən Kənan Mehdiyev də Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir.

...Mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm! Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qürurlandırır və bu uğurların müəllifi Sizsiniz.

Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.

Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!” - deyə soydaşımız qeyd edir.

Baki-xeber.com

Son xəbərlər