Mingəçevir şəhər Qarabağ Qaziləri Birliyindən Prezidentə məktub” – “...ürəkdən bəyənirik

img

“Bütün Azərbaycan xalqı kimi biz də Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyirik. Ulu Öndərimizin siyasi varisi və layiqli davamçısı kimi müdrik siyasətiniz nəticəsində ölkəmiz günü-gündən inkişaf edir.

... Azərbaycanın əzəli və əbədi torpaqları olan doğma Qarabağımızda erməni təxribatçılarının sentyabr ayının 27-dən Azərbaycan Ordusunun mövqelərinə hücum etməsini biz - Mingəçevir şəhərində yaşayan Qarabağ qaziləri pisləyir və Azərbaycan Ordusunun əks-hücumla erməni işğalçılarına qarşı apardığı anti-terror əməliyyatlarını dəstəkləyirik.

...Biz Qarabağ qaziləri də bütün Azərbaycan xalqı kimi Sizinləyik, Azərbaycanın ərazi bütövlüyü uğrunda doğma Qarabağımızda döyüşməyə hazırıq.

...Ulu Tanrı Sizi və Azərbaycan Ordusunu qorusun”.

Bu fikirləri Mingəçevir şəhər Qarabağ Qazilər İctimai Birliyinin üzvləri Prezident İlham Əliyevə müraciətlərində bildiriblər.

Baki-xeber.com

Son xəbərlər