şənbə günü, 17 oktyabr 2026
     

Prezident Əliyevin xarici KİV-ə geniş müsahibələri həm də “Azərbaycançılıq platforması”nın təqdimatıdır - Prezident nələri önə çəkir...

Image


Tarix boyu dünyada müxtəlif ideologiyalar yaradılıb. Bu ideologiyalar arasında azərbaycançılıq kimi humanizm, insanpərvər, sülh, əmin-amanlıq aşılayan ideologiyalar da, çox təəssüf ki, bəşəriyyətə, insanlığa qarşı olan, müharibə cinayətlərinə yol açan, irqçiliyi, separatizmi, milli-dini ayrıseçkiliyi özünün əsas platforması seçənlər də az deyil.

Biz buna nümunə kimi faşizm, nasizm, ermənizm, njdeizm və sair zərərli ideologiyaları göstərə bilərik ki, həmin ideologiyaların əsas hədəfi bəşəriyyəti zəhərləmək, millətlər, dinlər, irqlər arasında ayrıseçkilik yaratmaq olub.

  • Azərbaycançılıq ideologiyası sülhün, əmin-amanlığın, birgə yaşayışın, milli-dini, mədəni müxtəlifliyin ən unikal təzahür formalarını ehtiva edir

Bəşəriyyətin, insanlığın, humanizmin və bəşəri həmrəyliyin rəhni olan azərbaycançılıq ideologiyası özündə onlarla xalqın, dinin təmsilçilərini birləşdirir. Azərbaycançılıq ideologiyasının tarixi kökləri çox qədimlərə gedib çıxır, deyərdik ki, xalqımız mövcud olandan bu ideologiya da yaranıb, inkişaf edib, bu gün özünün ən gözəl dövrünü yaşayır. Azərbaycançılıq ideologiyası sülhün, əmin-amanlığın, birgə yaşayışın, milli-dini, mədəni müxtəlifliyin ən unikal təzahür formalarını nəinki ölkəmizdə, eləcə də bütün dünyada ifadə edir. Azərbaycançılıq heç bir xalqın, irqin, dinin qarşısına çəpər çəkmir, onları əritmir, əksinə, onlara inkişaf yolları açır, daha da çiçəklənməsinə imkanlar verir. Multikultural, tolerant dövlət olan Azərbaycan öz milli, dini palitrası ilə dünyada xüsusilə fərqlənir, çoxmillətli, çoxdinli, çoxmədəniyyətli ölkəmiz bu istiqamətdə gerçək uğurlara imza atıb.  

Sentyabrın 27-də Ermənistanın növbəti dəfə yaşayış məntəqələrimizi atəşə tutması, çoxsaylı insan tələfatına səbəb olan terrorçu əməllərindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı ordumuz Azərbaycanın Ermənistanın işğalçı silahlı birləşmələrinin tapdağı altında olan ərazilərimizi işğaldan azad etməsi istiqamətində hərbi əməliyyatlara, antiterror əməliyyatlarına başladı. Artıq 30 gündür torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı hərbi əməliyyatlar davam edir. Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan çıxış yolunu Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirməkdə görür və şəhərlərimizi, kəndlərimizi ballistik raketlərdən, ağır artilleriya qurğularından atəşə tutur. Azərbaycan isə indiyə qədər bir nəfər də olsa erməni mülkilərinə, sivillərə güllə atmayıb, Ermənistanın terrorçu hərəkətlərinə qarşı cəbhədə, döyüş meydanında mübarizə aparır.

  • “Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq...”

Məlum olduğu kimi, Prezident İlham Əliyevin son həftələr xarici KİV-ə verdiyi müsahibələrdə azərbaycançılığın xarakterik xüsusiyyətlərindən olan insanlığın, humanizmin, tolerantlığın, başqa xalqlara dözümlü münasibətin, multikulturalizmin təbliğatı və təqdimatı olduqca yüksək səviyyədə ifadə olunub.

Prezident xarici KİV-ə müsahibələrində dəfələrlə vurğulayıb ki, Ermənistandan fəqrli olaraq, Azərbaycan sivilləri hədəfə almır: “...Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir.  

...Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət, mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir”.

  • Prezidentin bütün müsahibələrində azərbaycançılıq ideologiyasının əsas mahiyyəti ifadə olunur

Prezident İlham Əliyev xarici KİV-ə müsahibələrində azərbaycançılığın xarakterik xüsusiyyətlərindən olan insanlığın, humanizmin, tolerantlığın, başqa xalqlara dözümlü münasibətin, multikulturalizmin təbliğatı və təqdimatı necə gedir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov  “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan multikulturalizmə, tolerantlığa min illərdir sahibdir və bu ənənəyə hər zaman sadiqdir. V.Abışovun sözlərinə görə, azərbaycançılıq ötən əsrlərdə olduğu kimi, XXI əsrdə də öz humanizm, tolerantlıq, multikultural təzahürləri çox yüksək səviyyədə özündə ifadə edir və ölkə başçısı da xarici KİV-ə verdiyi bütün müsahibələrində azərbaycançılıq ideologiyasının bütün üstünlüklərini lazımi səviyyədə təbliğ və təqdim edir.

V.Abışovun bildirdiyinə görə, Prezident İlham Əliyev öz müsahibələrində açıq şəkildə bildirib ki, biz mülki əhalini hədəfə almırıq, onları öldürmürük, erməni xalqı ilə müharibə aparmırıq, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, onlar qalıb rahat yaşaya bilərlər, biz mədəniyyətləri dağıtmırıq, kilsələri məhv etmirik, erməni uşaqlarına güllə atmırıq, amma onlar bizim məscidləri dağıdır, uşaqlarımızı hədəfə alırlar. V.Abışov qeyd etdi ki, həqiqətən də Prezident xarici KİV-ə verdiyi müsahibələrdə Azərbaycan xalqının humanizm, rəhimdillik, insanpərvərlik, tolerantlıq, multikulturalizm kimi xüsusiyyətlərini çox yüksək səviyyədə dünyaya çatdırır. Prezidentin bütün müsahibələrində azərbaycançılıq ideologiyasının əsas mahiyyətinin ifadə oldunduğunu deyən V.Abışovun qeyd etdiyinə görə, beynəlxalq aləm bir daha Prezidentin çıxışından burada yaşayan bütün xalqların hüquq və dini etiqad azadlıqlarinin yüksək səviyyədə təmin edildiyini duyub.

  • “Azərbaycançılığın tolerant, multikulturalizm, humanizm kimi təzahürlərə malik olmasının göstəricisidir ki...”

”Prezident İlham Əliyev nəinki son həftələr xarici KİV-ə verdiyi bütün müsahibələrində, eləcə də bundan əvvəl beynəlxalq təşkilatların ən yüksək tribunalarında etdiyi çıxışlarda azərbaycançılığın bütün mahiyyətini ifadə edib, ölkəmizin tolerant, multikultural, humanist, sülhpərvər bir ölkə olduğunu dəfələrlə qeyd edib. Azərbaycan Prezidentindən müsahibə götürən xarici KİV təmsilçiləri “Dağlıq Qarabağda yaşayan erməni əhalisinin taleyi necə olacaq” sualı üzərində xüsusilə dayanırlar. Bu, gündəmdə olan məsələdir. Cənab Prezident də bütün müsahibələrində bu suala çox ətraflı şəkildə aydınlıq gətirir. Azərbaycançılıq ölkəmizdə yeni deyil, bu, minillərlə yaşı olan bir ideologiyadır. Ölkəmizdə bu gün olduğu kimi, tarixin bütün dövrlərində multikulturalizm, tolerantlıq kimi bəşəriyyət üçün vacib təzahürlər olub. Azərbaycanda tarixən birgəyaşayışın ən gözəl örnəkləri öz ifadəsini tapıb. Prezident həm müsahibələrində, həm rəsmi görüşlərində, həm də beynəlxalq platformalarda dünyanın gözü qarşısında azərbaycançılığın təməl prinsiplərini açıq ifadə edib ki, Azərbaycan çoxmillətli, çoxmədəniyyətli, çoxdinli bir ölkədir və burada bütün xalqlar əmin-amanlıq, sülh, tərəqqi içində yaşayırlar. Birmənalı olaraq, bizdə multikulturalizm, tolerantlıq, milli-dini dözümlülük, dinlərarası dialoq azərbaycançılığın ayrılmaz parçası kimi özünü ifadə edib. Bu gün də bu belədir. Prezident dəfələrlə vurğulayıb ki, biz dinc erməni əhalisi ilə müharibə aparmırıq, onları hədəfə almırıq, bu gün Azərbaycanda digər xalqlarla yanaşı, minlərlə erməni əmin-amanlıq, sülh şəraitində yaşayır, heç kəs onlara bir kəlmə belə söz demir. Ölkəmizdə yaşayan ermənilərə qarşı heç bir milli-dini ayrıseçkilik mövcud deyil. Azərbaycanda yaşayan ermənilər də bizim Konstitusiyamızın verdiyi imkanlardan istifadə edərək yaşayırlar. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti Azərbaycanda ermənilərə qarşı heç zaman tətbiq edilməyib, onlar bizim ölkənin tamhüquqlu vətəndaşlarıdır. Əlbəttə, bütün bunlar azərbaycançılığın tolerant, multikulturalizm, humanizm kimi təzahürlərə malik olmasının göstəricisidir ki, bunları da Prezident çox yüksək səviyyədə beynəlxalq ictimaiyyətə çatdırır ” - deyə V.Abışov qeyd etdi.

  • “Prezidentin azərbaycançılıq ideologiyasından çıxış edərək səsləndirdiyi fikirlər...”

V.Abışovun sözlərinə görə, Prezident İlham Əliyevin xarici KİV-ə verdiyi müsahibədə Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəyinə dair səsləndirdiyi humanist fikirlər də azərbaycançılıq ideologiyasının mahiyyətinin ifadəsidir: “Cənab Prezident müsahibələrində Dağlıq Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımız olduqlarını, onların da digər vətəndaşlarımız kimi əmin-amanlıq və sülh şəraitində yaşayacaqlarını bildirib. Əlbəttə, Ermənistanın terrorçu, separatçı silahlı birləşmələri bizim torpaqlarımızı tamamilə tərk etdikdən sonra biz Dağlıq Qarabağdakı erməni vətəndaşlarımızın qeydinə qalacağıq. Prezident özü qeyd edib ki, “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq”. Cənab Prezident bununla açıq bildirdi ki, onlar üçün heç bir təhlükə yoxdur və onlar rahat şəkildə bizim vətəndaşlar kimi yaşaya bilərlər. Hətta Prezident xarici KİV-ə müsahibəsində İkinci Dünya Müharibəsindən misallar da çəkdi ki, Almaniya ilə Sovet İttifaqı arasında baş verən müharibədən sonra xalqlar necə əmin-amanlıq şəraitində yaşayırlar və sair. Bu baxımdan, Azərbaycanın çoxəsrlik tarixi də sübut edir ki, Azərbaycan çoxmillətli, çoxdinli, çoxmədəniyyətli ölkədir, xalqımız heç vaxt milli-dini ayrıseçkiliyə yol verməyib və ölkəmizdə belə zəmində problem baş verməyib. Hesab edirəm ki, bu məsələ ilə bağlı heç bir beynəlxalq ekspert bizə irad bildirə bilməz. Prezident azərbaycançılıq ideologiyasından çıxış edərək, Dağlıq Qarabağdakı ermənilərin gələcəkdə bizimlə əmin-amanlıq şəraitində, sülh içində yaşayacağını bildirib. Bunu bütün Azərbaycan ictimaiyyəti, eləcə də beynəlxalq ictimaiyyət, o cümlədən də Rusiya KİV-i təqdir edir. Onlar da Prezidentin azərbaycançılıq nöqteyi-nəzərdən etdiyi çıxışları, səsləndirdiyi fikirləri dəyərləndirirlər və qəbul edirlər” - deyə V.Abışov vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ