şənbə günü, 17 oktyabr 2026
     

Yunus Oğuz: "Ordu-xalq bir yerdə olanda "beşinci kolon" da işə yaramaz" - MÜSAHİBƏ

Image


Rusiya Federsiyası və Fransanın ardınca Birləşmiş Ştatlardan da humanitar atəşkəslə bağlı çağırış gəldi və oktyabrın 26-ı saat 8-dən etibarən humanitar atəşkəs rejimi qüvvəyə mindi. Ancaq təəssüflər olsun ki, hər dəfə olduğu kimi, bu dəfə də əldə edilən humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu və yenidən düşmən ölkə Azərbaycanın mülki obyektlərini hədəfə aldı.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin atəşkəs çağırışları və bunu şərtləndirən səbəblər barədə danışan Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz "OLAYLAR"-a verdiyi müsahibədə bütün bunların Azərbaycana yönəlik beynəlxalq təzyiqlərin tərkib hissəsi olduğunu söyləyib. O bildirib ki, həmsədr ölkələr problemin həllində maraqlı olsaydılar, ilk növbədə Ermənistandan atəşkəsə əməl etməyi, eyni zamanda Azərbaycanın işğal altında olan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılmasını tələb edərdilər.

MVP sədri müsahibədə Ermənistanın hazırkı siyasi, iqtisadi və hərbi vəziyyətinə də nəzər salıb:

-Yunus bəy, Rusiya və Fransadan sonra Birləşmiş Ştatlar da Azərbaycan və Ermənistana humanitar atəşkəslə bağlı müraciət etdi və bu gündən humanitar atəşkəs rejimi qüvvəyə mindi. Maraqlıdır, 30 ilə yaxın problemin həllində maraqlı olmayan həmsədr ölkələrin indi fəallaşması nədən irəli gəlir?

- Öncəliklə nəzər almaq lazımdır ki, erməni diasporu dünyada çox güclüdür. 2 milyona yaxın erməni Rusiyada, bir o qədər Amerikada, 1 milyona yaxını isə Fransada yaşayır. Hər üç ölkə də ATƏT-in Minsk Qrupunun həmsədridir. Guya bunlar münaqişəni, hazırda isə müharibə vəziyyətinə keçən prosesi tənzimləyən ölkələr idi. Məlumat üçün qeyd edək ki, oktyabr ayının 10-da Rusiyanın, 17-də isə Fransanın təkidi ilə humanitar atəşkəs elan edildi. Bu dəfə isə Birləşmiş Ştatlar humanitar atəşkəs barədə çağırış etdi və atəşkəs elan olundu. Oktyabrın 29-da isə hər üç ölkənin həmsədrlərinin görüşü nəzərdə tutulur. Görünən odur ki, beynəlxalq aləm tərəfindən Azərbaycana ciddi təzyiqlər var ki, hərbi əməliyyatları dayandırsın. Azərbaycan da öz növbəsində bəyan edir ki, mən sülh istəyirəm. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, biz sülh istəyirik. Ancaq şərtimiz odur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qərtnamələr hökmən yerinə yetiirilsin. Əgər siz bunu təmin edə bilmirsinizsə, o zaman biz həmin qətnamələri icra edir və ərazilərimizi təmizləyirik. Bu da tamamilə doğru addımdır.  Biz də sülhün tərəfdarıyıq. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan sülhə meyilli görünmür. İddia edir ki, ilkin varianta qayıtmaq lazımdır. Təsəvvür edin şəhid olub xəsarət alan əsgərlərimizin, ətraf şəhər və rayonlarda ermənilərin raket hücumları nəticəsində həlak olan mülki vətəndaşlarımızın qanı yerdə qalmalıdır? Artıq status-kvo, həmçinin muxtariyyat yoxdur. Belə olan halda oktyabrın 29-da nə müzakirə ediləcək maraqlıdır. Çünki Nikol Paşinyan ona getməyəcək. Əgər Paşinyan buna getsə, o halda devriləcək. ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanı məcbur edə biləcəklərmi ki, Azərbaycanın şərtlərini qəbul etsin?. Hazırkı situasiyada Azərbaycan üstün tərəfdir və Azərbaycanın diktəsi ilə də ərazi bütövlüyümüz bərpa edilməlidir. Ancaq beynəlxalq aləm də öz növbəsində Azərbaycana təzyiqlər göstərir. Bütün bunların fonunda Azərbaycan Ermənistan ərazisindən raket zərbəsinə tuş gəlir, yaşayış məskənlərinə mərmilər atılır. Bu faktı da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq aləmə sübutlarla çatdırır. Eyni zamanda beynəlxalq aləmə çatdırıldı ki, BMT Konvensiyasına görə özünümüdafiə haqqımızı icra edəcəyik. Göründüyü kimi ermənilər beynılxalq hüquq vəı normaları pozan hər şeyi edir. Yeniyetmə, məktəb yaşlı qızların əllərinə silah verib onları döyüşə hazırlayırlar. Sabah işğal altında olan Azərbaycan ərazilərində həmin uşaqları ermənilər özləri öldürüb dünyaya yalandan hay-həşir salarlar ki, Azərbaycan tərəfi uşaqları da qətlə yetirir. Eyni zamanda Ermənistan Müdafiə Nazirliyi də eyni vəziyyətdədir. Həm hərbi güc, həm də ərzaq təminatı baxımından çətin durumdadırlar. Erməni müdafiə nazirinin əsgərlərlə görüşündən yayılan fotolardan göründüyü kimi erməni əsgərlərinin bəzilərinin hərbi ayaqqabısı belə yoxdur. Yaxud əsgərlər quru çörəklə qidalanır. Bütün bunlar Ermənistanın siyasi, iqtisadi, hərbi durumunun göstəricisidir.

-Bu arada Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə görüşündən yayılan fotolarda onların əynində Azərbaycan əsgərlərinin hərbi formalarının olduğu aydın sezilir

-Tamamilə doğrudur. Nazir Tonoyanın erməni əsgərlər fotolarında bu aydın görünür. Məlumat əldə edilib ki, Azərbaycan hərbiçilərinin formaları Şuşaya gətirdikləri PKK terrorçularına geyindirilir. Sonradan isə həmin terrorçuları özləri öldürüb dünyaya məlumat yayacaqlar ki, guya onlar Azərbaycan tərəfindən muzdlu kimi döyüşüb. Bu fakt barədə də dərhal Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq aləmə məlumat verib. Ancaq düşünürəm ki, bu faktın üzərində ciddi dayanmaq lazımdır.

-Sizcə Amerikadan gələn atəşkəs çağırışı okeanın o tayında keçiriləcək prezident seçkilərində erməni lobbisinin səsini qazanmağa hesablanmayıb?

-Düşünmürəm ki, humanitar atəşkəs çağırışı prezident seçkiləri ilə əlaqədardır. Əgər Bayden Trampı qızışdırmasa, heç Ağ Ev rəhbəri məsələnin üstünı gəlməyəcəkdi. Düzdür, Amerikadakı erməni diasporunun səsi uğrunda mübarizə gedir. Ancaq bu məsələnin hesab edirəm ki, seçkilərə əlaqəsi yoxdur. Bir halda ki, atəşkəs çağırışı edilir, o zaman problemin həlli üçün də beynəlxalq hüquq və normalarına əməl edilməlidir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar keçirilən qapalı toplantısında qurumun qəbul etdiyi qətnamələrin icrası ilə bağlı fikirlərin bəyanat mətninə əlavə edilməməsi də onu deməyə əsas verir ki, beynəlxalq aləm problemin hüquq və normalar çərçivəsində həllində maraqlı deyil. Çünki Təhlükəsizlik Şurasında təmsil olunan bütün ölkələr xristian və erməni lobbisinin təsiri altındadırlar. Çox müsbət haldır ki, Təhlükəsizlik Şurasının daimi üzvü olmayan ölkələr məlum 4 qətnamə ilə bağlı məsələni qaldırdı və bəyanata daxil olunmasını tələb etdilər. Düzdür, qəbul edilməsə də, ümumilikdə bəyanat da qəbul olunmadı. Hesab edirəm ki, bu da diplomatiya sahəsində bir uğurumuzdur. Ümumilikdə görünən odur ki, hər tərəfdən Azərbaycana təzyiqlər göstərilir.  Qardaş Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan da bütün bu təzyiqlərin fonunda hər zaman Azərbaycanın yanında olduğunu söyləyir. Belə olan halda bir məsələ qalır ki, bütün güclərini ortaya qoyub Azərbaycan daxilində gərginlik yaratmaq, cəmiyyətdəki biliyi, monoltliyi pozmaq. Ancaq bu da alınmır. Nə "beşinci kolon", nə də Avropadakı bəzi qurumlar tərəfindən hazırlanan ssenarilər işə yaramır. Çünki Azərbaycan xalqı hamılıqla bu məsələdə Ali Baş Komandanı dəstəkləyir. Daxildəki siyasi partiyalar dövlətlə, hakimiyyətlə, Ali Baş Komandanla həmrəydirlər. Xalq da torpaqlarının işğaldan azad edilməsini Prezidentdən tələb edir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ