şənbə günü, 17 oktyabr 2026
     

“Nikkei”, “Fiqaro”, “Fox News” – fərqli media orqanlarının eyni sualları…

Image


Azərbaycan ordusu hərb meydanında müzəffər şəkildə irəliləyir, öz xilaskarlıq missiyasını başarı ilə həyata keçirir. Ardıcıl olaraq yeni zirvələr, yeni kənd, qəsəbə və şəhərlərimiz azad edilir. Diplomatlarımız xarici həmkarları ilə sıx-sıx danışır, görüşür – onlar da diplomatik-siyasi cəbhənin əsgərləridir; Vətənə xidmətdə keçən ömür ömürlərin ən yaxşısıdır. Özəlliklə, Azərbaycan Böyük Vətən müharibəsi illərində hər kəsin “mən nə etdim”, “nə töhfə verdim”, “rolum nə oldu” kimi sualları öz-özünə verməsi lazımdır. Hər kəsin edə biləcəyi nəsə vardır; ən azı, ən azı, “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır” düsturunca davranmaq lazımdır.

Bəli, hərbçilərimiz ön cəbhədə, diplomatlarımız diplomatik-siyasi cəbhədə mübarizə aparır. Hər iki cəbhədə mübarizə aparan Azərbaycan oğullarının ilham aldığı, örnək götürdüyü və inandığı ən birinci insan Ali Baş Komandanımızdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Böyük Vətən Müharibəsinin (yaxud müharibənin həlledici fazasının) başladığı 27 sentyabrdan sonra ard-arda verdiyi hadisə müsahibələr əsgər və diplomatlarımızın mübarizəsinin tərcümanıdır. Dövlət başçısının nüfuzlu xarici media orqanlarına verdiyi müsahibələr yalnız bugün üçün deyil, gələcəkdə də müraciət ediləcək bir səlnamədir – Ermənsitan-Azərbaycan elanolunmamış mühari­bəsinə, 2020-ci ilin payızında yaşananlara və qələbəmizə dair mötəbər fikir axtaranlar o müsa­hibələri birər-birər incələ­yə­cəkdir.

Prezidentin Yaponiyanın “Nikkei”, Fransanın “Fiqaro” qəzetlərinə və Amerikanın “Fox News” televiziya kanalına yeni müsahibələrinə dair qənaətlərimizi bölüşməmişdən öncə, başqa bir ölkənin nüfuzlu qəzetinin baş redaktorunun fikirlərinə qısaca diqqət edək. – “Nezavisimaya Qazeta”nın sahibi və baş redaktoru Konstantin Remçukov, Azərbaycan Prezidentinin son müsa­hibələrini əsas gətirərək deyib ki, (Ermənistanla müqayisədə) Azərbaycanın mövqeyi daha aydın və başadüşüləndir: “Son həftə ərzində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Remçukov daha sonra Türkiyənin müharibədəki hazırkı roluna toxunub. Qeyd edib ki, Ermənistan Türkiyənin Avropa Birliyi ölkələri, Yunanıstanla konfliktləri, eləcə də Yaxın Şərqdə apardığı siyasətə görə tənqid olunmasından istifadə edərək, onu münaqişədə tərəf kimi göstərməklə, beynəlxalq sferada dəstək qazanmaq istəyir. – Yəni, nüfuzlu rus nəşrinin baş redaktoru Türkiyənin Azərbaycana hərbi dəstəyi və muzdlular göndərməsinə dair yalanların Ermənistan tərəfindən məhz bu məqsədlə yayıldığını düşündüyünü bildirib.

 “Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfər­rüatı ilə və səlis izah edirsiz.

…Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq”. – Bu isə ABŞ-ın “Fox News” televiziya kanalının müxbirinin sözüdür. Təbii ki, “Fox News” jurnalisti də (eynən yapon və fransız jurnalisti kimi) Türkiyə barədə sual verməsə olmazdı…

Deməli, “Nezavisimaya Qazeta” baş redaktorunun, “Fox News” əmək­daşının da vurğuladığı kimi, Azərbaycan Prezidentinin müsahibələri bey­nəlxalq ictimai fikri qidalandırır, streotipləri dəyişir, həqiqətləri tirajlayır. – Birmənalı şəkildə deyə bilərik ki, Prezidentin xarici media orqanlarına müsahibələri günümüzün ən ciddi ictimai-siyasi hadisələrindəndir.

 

Yapon, fransız qəzetləri və Amerika televiziya kanalına müsahibələr bir daha göstərdi ki, jurna­listlərin öncəbhədə yaşananlardan savayı, Türkiyə haqqında da sual vermədən keçinə bilmirlər. Açığı, Türkiyə haqqında sualların intensivliyi, israrı bir neçə məqamla şərtlənir.

Birincisi, “yenilməz erməni ordusu” mifinin belə sürət və keyfiyyətlə darmadağın edilməsini təkba­şına Azərbaycanın uğuru hesab etməyə çətinlik çəkirlər;

ikincisi, türk SİHA-larının xarüqalər yaratması bir çoxlarının tükünə birə salıb;

üçüncüsü, Türkiyə Cümhurbaşqanı, TBMM başqanı, Türkiyə Xarici işlər naziri, Türkiyə Müdafiə naziri və b.-nın gündəliyində Qarabağın, Azərbaycanın 1 nömrəli mövzu olması, Azərbaycana dəstəyi gur səslə və dəfələrlə bəyan etmələri birilərinin yuxusuna haram qatıb;

dördüncüsü, Azərbaycan Prezidentinin Türkiyə Cümhurbaşqanının, Türkiyənin şəninə dediyi səmimi, qibtədoğuracaq sözlər və bu sözlərin təsbiti olan gerçək əməllər erməniyanlıları razı salmayacaqdı, əlbəttə… Əlbəttə, sayın Mövlud Ça­vuşoğlunun “Biz “bir millət, iki dövlətik”, gərəkirsə, “bir millətin bir dövləti kimi də hərəkət edərik”…” möhtəşəm fikrinin yalnız söz olmadığını, köz olduğunu, öz olduğunu hər kəs idrak edir...  

Beləliklə, kimin və nə məqsədlə sual verməsindən asılı olmayaraq, Tür­kiyə ilə bağlı Azərbaycanın cavab verə bilməyəcəyi bir məqam yoxdur, əlbəttə. Türkiyə ilə bağlı sualların bir çoxu “ev tapşırığı” təsiri bağışlayır.

Cənab Prezidentin öz sözlərinə müraciət edək:

-Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;

-Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;

-Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir.

-Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

Bəli, artıq istəyən də, istəməyən də qəbul edir (etməlidir) ki, Ermə­nistan-Azərbaycan elanolun­mamış müharibəsinin nizamlanması prose­sində Türkiyənin fəal iştirakı qaçınılmazdır; qardaş ölkənin buna həm hüquqi, həm coğrafi, həm də beynəlxalq nüfuz baxımından tam haqqı çatır.

Qaldı ki Azərbaycan Silahlı Qüvvələrinin arsenalında neçə türk SİHA-sının olmasınadək dəqiqlik tələb edən jurnalistlərin suallarına… bu planda, cənab Prezidentin “Fiqaro”ya cavabı çox ibrə­tamizdir: “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukray­nadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütöv­lüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tə­rəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”. Yəni heç kəs iz azdırmağa çalışmaqla bir şeyə nail ola bilməyəcək. Kimlərinsə bizim qardaş ölkəyə qarşı əsilsiz nifrətini yenidən qaynat­mağına imkan verə bilmərik. Faktdan başqa fakt yoxdur. Biz nə qarda­şımızdan, nə də həqi­qətlərimizdən əl çəkəsi deyilik, bunu bizdən gözləməklə havayı vaxt itkisinə yol vermiş olacaqlar.  

Qardaş və qonşu Türkiyədən keçək digər qonşumuz Gürcüstana. Azərbaycanın Gürcüstanla mövcud strateji tərəfdaşlığı, iki ölkə hökuməti arasında mükəmməl bağlar, qarşılıqlı səmimi dəstək, dostluq və yaxın qonşuluq, Ermənistanın guya “xristianlığın Qafqazda son qalası” kimi səfsəfəsini sıfırlamaqçün yaxşı dəlildir. Əgər illa da bir “son qala” la­zımsa, niyə o, Gürcüstan deyil də, Ermənistan olmalıymış?! Ermənistan bir köksüz, əsisliz dövlət olduğu üçünmü, bütün qon­şularla qeyri-səmimi, problemli davrandığı üçünmü bu “son qala şərəfi”nə layiq görülməlidir?

Bəli, Azərbaycanla Gürcüstan birlikdə bölgənin və daha geniş coğrafiyanın inkişafını şərtləndirən önəmli enerji və nəqliyyat layihələri gerçəkləşdirib. Bunların arasında Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzu­rum, TANAP, Bakı-Tiflis-Qars və s. xüsusi önəmə malik layihələri xatırlatmaq ye­tərlidir. Yetərlidir, deyək ki, Azərbaycan və Türkiyə Gürcüstanda iki ən böyük investor, iki ən böyük vergi ödəyicisidir.

Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr gerçəkləş­dirir.

Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir. Elə burdaca vurğulayaq ki, əgər Ermənistan əsassız torpaq iddiaları ilə çıxış etməsəydi, işğal siyasəti yürütməsəydi, terror dəstək verməsəydi, minimum qonşuluq, birgəyaşayın normalarına əməl etsəydi, indi Gürcüstan kimi firavan dolanırdı. Ermənistan həm özünə, həm bütün bölgəyə problemlər yaratmaqdadır və dünyanın dörd yanında aldada bildiklərini də öz problemlərinə, yalanlarına ortaq etmək istəyir. Ermənistan və erməniyanlılar israr edir ki, bəs bizim günahlarımızı, cinayət­lərimizi görməyin, deməyin, yazmayın, özünüz də biz nə ittiham səs­ləndirsək, qəbul edin. Ermənistan dünyanın dörd tərəfindən öz təcavüzkarlığı üçün qeyri-qanuni dəstəklər alsın, öz işğalçılıq praktikasını möh­kəmləndirsin, siz isə qanuni dəstəklərdən məhrum olun, qardaş ölkənizlə, müttəfiqlərinizlə, öz torpaqlarınızı azad etmək barədə danış­mayın belə…

Siz bircə bu suallara baxın, görün jurnalisti belə düşünürsə, açıq sual verirsə, bunların dövlət adamları bağlı qapılar arxasında nə danışır? – Bu azsaylı misallar belə, ictimai fikri düzgün qidalandırmağa borclu olan media orqanlarının mətbəxindəki pis qoxuları yansıtmağa yetərlidir:

-“Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?”;

-“Hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?”;

-“Nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”;

-“Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təy­yarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”;

-“Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevril­məsindən qorxmursunuz?”;

-“Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?”;

-“Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azər­baycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?”…

Bax, dövlət başçısı az qala hər gün bu qədər əsilsiz və yaxud suallı suallara cavab verir, təmkinlə izah edir, doğrulara dəvət edir, həqiqətləri qəbul etdirir… Artıq Qarabağda qatarın çoxdan getdiyini başa düşənlər, necə deyərlər, qaşınmayan yerdən qan çıxartmaqçün başqa suallar ver­məyə başlayıb, ölkədaxili məsələləri qabartmaq, oradan hansısa ipucu bulmaq niyyətini nü­mayiş etdirirlər. Bura, iqtidar-müxalifət, korrupsiya və s. kimi Anadolular demiş, hazırda “nə əlaqəsi?” deyə­cəyimiz suallar daxildir. Belə sualların sual dövriyyəsinə daxil edilməsinin təsadüfi olma­dığını başqa bir təvafüq məqam da sübut edir: işğalçı orduya, işğalçılara, Xocalı suçlularına qarşı mərhəmətlilər, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının müzəffər yürüyüşünə öz ağıl­larınca kölgə salmaq istəkli “milli çatlaq”larımızın adda-budda səsi duyulmağa başlayıb. Çox açıq şəkildə deməliyik: dövlət başçısının, bu iqtidarın tarixi qələbə qazanmasını sinirə bilmirlər! Bununla da, tarixin qara ləkəsini öz üzərlərinə götürmüş olurlar. Çünki ya bu müzəffər irəliləyişi qəbul etməli, buna sevinməlisən ya da işğalın davamında maraqlısan.

Yoxsa, bəziləri özünü sevinirmiş kimi göstərə-göstərə, bir müddət maskalanmaq, iraq olsun, müəyyən vaxtdan sonra ordumuzun yenilgisinimi yaxud atəşkəsli ləngimələrimi gözləyib, bununla əsl içüzlərini göstərmək, döv­lətin, dövlət başçısının üzərinə ənənəvi üsul və metodlarla gəlmək qara niyyətindəymişlər..? Deyəsən, qara niyyətləri, planları pozulur və ona görə də, daha maska­lanmaqdan bezir və acıqlanırlar. Ay, sizi, “milli Soros cocuqları”. Dovşan yesin sizi. Yenə Anadolular demiş, güləyim bari…  

Gəlin, fikirlərimizi cənab Prezidentə verilmiş suallı suallardan birinə möhtəşəm və qürurverici cavabla yekunlaşdıraq:

“Nikkei”:

– Dağlıq Qarabağı geri qaytarandan sonra Siz “Madrid prinsipləri”ndə qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verə­cəksinizmi?

– Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insan­ların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə vermə­yə­cəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt! –

Bu, cavabların ən gözəlidir.

Bu, tam bir milli müəyyənlikdir.

Bu, dosta da, düşmənə də ismarıncdır.

Bu, ən çətin situasiyalarda belə dəyişməyən Azərbaycan səmimiyyətidir.

Bu, Prezident qətiyyətidir.

Bu, Azərbaycan dövlətçilik ləyaqətinin ifadəsidir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ