şənbə günü, 17 oktyabr 2026
     

Uşağını Qarabağ müharibəsindən yayındırmaq üçün “erməni bicliyi “ - Ermənistanda ordu-xalq ziddiyyətinə növbəti sübut...

Image


Bu gün Ermənistanda xalq və ordu arasındakı uçurum daha da genişlənməkdədir. İşğalçı dövlət öz məğlubiyyətini etiraf edib, terrorçu silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, öz vətəndaşlarına qarşı zor tətbiq edərək, onları orduya cəlb etmək istəyir.

Bilirik ki, Ermənistanda 18 yaşdan 55-60 yaşa qədər olan kişilərin ölkədən çıxışına rəsmən qadağa qoyulub. Paşinyan hakimiyyəti bununla ordudan yayınmanın qarşısını almaq istəyir, lakin işğalçı ölkənin bu addımı da heç bir nəticə vermir, yenə də insanlar kütləvi şəkildə ordudan yayınırlar. Özü də xüsusi üsuldan istifadə edərək, döyüşmək üçün Qarabağa getməkdən canlarını qurtarırlar. Hazırda Cənubi Qafqazada koronavirus pandemiyasının ən çox yayıldığı ölkə Ermənistandır. Ermənistanda bir çox valideyn “biclik” işlədərək, övladını ordudan yayındırmağa nail olur. Yayılan məlumatlara görə, Ermənistanda valideynlər yerli həkimlərə rüşvət verərək, övladlarını koronavurus xəstəsi kimi qeydiyyata aldırırlar. Bu gün Ermənistanda xeyli sayda saxta koronavirus xəstəsi olduğu haqda dəqiqləşdirilmiş məlumatlar var. Valideynlər pandemiyadan sui-istifadə edərək, sağlam oğul və qızlarını “xəstə çıxarır”lar ki, çağırış zamanı xəstəlik kağızını müvafiq quruma təqdim etsinlər.

Əlbəttə, bütün bunlar xalq və ordu arasındakı dərin ziddiyyətlərin olduğunun sübutudur. Hazırda düşmən ölkədə xalq və ordu arasında hər hansı bir həmrəylik formaları mövcud deyil, erməni xalqı tezliklə Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağdan və Azərbaycanın işğal altında olan digər ərazilərindən çıxarılması üçün Paşinyanın əmr imzalamasını tələb edir.

  • “Azərbaycandan fərqli olaraq, Ermənistanda insanlar orduya getmək istəmirlər”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan vətəndaşları övladlarının onlara aid olmayan torpaqlarda döyüşməsini, həlak olmasını istəmir, bu səbəbdən də həkimlərə rüsvət verib övladlarını koronavirus xəstəsi kimi qeydiyyata aldırırlar. Ordudan yayınanlara, fərarilərə qarşı Ermənistanda sərt cəza tədbirləri görüldüyünü xatırladan T.Eyvazovun sözlərinə görə, xalq buna görə də pandemiyadan sui-istifadə edir.

Son həftələr Ermənistanda xalq və ordu arasında olan uçurumun daha da dərinləşdiyini deyən T.Eyvazovun sözlərinə görə, xalq bu yolla Ermənistanın işğalçılıq siyasətinə etiraz edir. “Xalqın öz övladlarını ordudan yayındırmaq üçün işlətdiyi bu kələk Paşinyanın özünün fırıldaqlarına bir cavabdır. Koronavirus pandemiyasından Paşinyan hökuməti çox ciddi şəkildə sui-istifadə edir. Paşinyan və onun ətrafı Qarabağ cəbhəsində həlak olan hərbçilərin sayını gizlətmək üçün onların bir qismini koronavirusdan “ölən adam” kimi qələmə verir. Amma bizim əlimizdə də öldürülən hərbçilərlə bağlı təkzibolunmaz faktlar var, bəzilərinin fotoşəkilləri, bəzilərinin də sənədləri əlimizdədir. Xüsusən də bizim sosial şəbəkə istifadəçilərimiz üzə çıxarırlar ki, bu şəxslər Qarabağ cəbhəsində həlak olublar. İşğalçı Ermənistan hakimiyyətinin bu fırıldaqları tərəfimizdən ifşa olunur. Erməni xalqı da Paşinyanın hərəkətlərinə adekvat addım ataraq, öz uşaqlarını koronavirus adı ilə ordudan yayındırır. Azərbaycandan fərqli olaraq, Ermənistanda insanlar orduya getmək istəmirlər. Azərbaycanda isə qismən səfərbərlik elan edilib və könüllü şəkildə cəbhəyə getmək istəyənlər kifayət qədərdir, onlar növbəyə durublar, hər kəs cəbhəyə gedəcəyi günü səbrsizliklə gözləyir. Ermənistanda isə, qeyd etdiyim kimi, bunun tamam əksi baş verir. Bu ölkədə ciddi demoqrafik problemlər var, insanlar bir parça çörək arxasınca xaricə gedir, bu gün də getmək istəyirlər. Bunun səbəblərindən biri də ermənilərin Qarabağ cəbhəsində döyüşməkdən imtina etməsi ilə bağlıdır. Paşinyan hökuməti pandemiyadan sui-istifadə edərək, 18-60 yaşlı kişiləri ölkədən xaricə buraxmamaq barədə qərar verib. Bununla da ölkədən kənara çıxmaq istəyənlərin qarşısını kəsirlər və getmək istəyənləri zorla cəbhəyə göndərirlər”.

T.Eyvazovun sözlərinə görə, orduya getməkdən imtina edərək yayınanların çoxunun atası Birinci Qarabağ Müharibəsində həlak olub, indi onların anaları istəmirlər ki, övladlarını da atalarının taleyi gözləsin. Bu səbəbdən də sağlam uşaqlarını “koronavirus xəstəsi” kimi qeydiyyata aldırdıqlarını deyən ekspert hesab edir ki, insanlar Ermənistanın müharibədə uduzduğunu yaxşı anlayırlar. “Bu gün Ermənistanda valideynlər uşaqlarını qorumaq hayındadırlar. Birinci Qarabağ Müharibəsində o uşaqların çoxunun ataları həlak olub, bəzilərinin qardaşları, yaxınları son həftələr həlak olub, ona görə də onlar təcavüzkar ordunun sıralarında döyüşmək istəmirlər. Ermənistan vətəndaşları “Böyük Ermənistan” xülyası ilə yaşayan siyasi rəhbərliyin xəstə niyyətlərinə, təcavüzkarlığına dəstək verməkdən imtina edərək, uşaqlarını “koronavirus xəstəsi” kimi qələmə verirlər. Mən o valideynləri yaxşı başa düşürəm, onlar uşaqlarını qorumaq üçün bu yola əl atırlar” - deyə T.Eyvazov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ