Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər

img

Bakı portundakı gəmilər Qubadlı şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər. Eyni zamanda gəmilər havaya fişəng atıblar.

Sputnik Azərbaycan xəbər verir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 25 oktyabr saat 23:00 radələrində öz Twitter hesabında Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirib. O yazıb:

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Son xəbərlər