25/11/2020 18:23
728 x 90

Müdafiə Nazirliyi Ermənistanın təxribatlarının əsl məqsədini bir daha bəyan etdi

img

Ötən müddət ərzində cəbhənin Ağdərə, Xocavənd, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov bildirib ki, müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan atəşə tutan düşmən yaylım atəşli reaktiv sistemlərdən və digər artilleriya qurğularından istifadə edərək, həmçinin Tərtər, Bərdə, Goranboy və Naftalanı atəşə tutur.

A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Son xəbərlər