Ağdərə və Ağdam istiqamətlərində düşmənin hərbi texnikası və infrastrukturu aviazərbələrlə darmadağın edildi

img

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Bu barədə baki-xeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Son xəbərlər