Ukraynanın Jitomir şəhərindən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov da Preident İlham Əliyevə müraciət ünvanlayıb.
“2020-ci il sentyabrın 27-dən Qarabağ cəbhəsində başlayan erməni təxribatları bizləri - Ukraynanın Jitomir şəhərindəki azərbaycanlıları da çox narahat edir. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və obyektlərini atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Lakin Sizin rəhbərliyinizlə və göstərişinizlə Azərbaycan Ordusu cəbhəboyu zonada Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbə vurur. Milli Ordumuz günü-gündən cəbhədə irəliləyərək erməni təxribatçılarını torpaqlarımızdan çıxmağa məcbur edir.
...Siz daim dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çağırış edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb edirdiniz. Lakin Ermənistan hər zaman sülh danışıqlarına məhəl qoymayaraq qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bu gün isə Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsini görürük və bütün bunlar bizi hədsiz dərəcədə sevindirir”.
R.Qasımov Prezident İlham Əliyevə müraciətində ölkə başçımızın daxili və xarici siyasətinizi dəstəklədiyini, əldə olunan uğurlara görə Prezidenti və xalqımızı təbrik etdiyini bildirir.
Baki-xeber.com