Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərindən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov Prezident İlham Əliyevə müraciət edib.
“Ali Baş Komandan olaraq Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazılır. Məhz buna görə də, hazırda dünya azərbaycanlıları çox qürurlu anlar yaşayırlar. Bu sevinci və fərəhi bizlərə bəxş etdiyiniz üçün Tatarıstanda yaşayan soydaşlarımız adından Sizə minnətdarlığımızı bildiririk.
Bizlər hər zaman xalqımızla nəfəs alırıq, ürəyimiz Vətənlə döyünür. Sizin “Qarabağ Azərbaycandır!” şüarınızı rəhbər tutaraq, Qarabağ həqiqətlərini Tatarıstanda qürurla təbliğ edirik. Erməni terroçularına qarşı mübarizədə iştirak etməyə hər an hazır dayanmışıq və Ali Baş Komandan kimi Sizin əmrinizi gözləyirik.
Tanrı Sizi və xalqımızı qorusun!” - deyə R.Məmmədov Prezident İlham Əliyevə müraciətində qeyd edir.
Baki-xeber.com