Bakıdan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə də Prezident İlham Əliyevə müraciət edib.
“Azərbaycan xalqı həyəcanlı və şərəfli günlərini yaşayır. Sizin Ali Baş Komandanlığınızla Azərbaycan Ordusu zəfər yolu ilə irəliləyir və on illərlə düşmən tapdağı altında qalmış torpaqlarımızı azad edir.
Tarix boyu xalqımız yaradıcı xalqlardan olmuş, bu gün də hərbi əməliyyatlarımızın məqsədi qarşımızda duran yaradıcılıq vəzifəsidir.
İşğalçılar tərəfindən dağıdılıb talan olunan tarixi-mədəni irsimizi təmsil edən abidələrimiz bərpa olunmalı, dağıdılmış şəhərlərimiz və qəsəbələrimiz yenidən inşa olunmalıdır. Bu məqsədlərin gerçəkləşməsi Sizin iradəniz, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğıları və Azərbaycan memarlarının vətənpərvərliyi və istedadı ilə həyata keçiriləcəkdir.
Bu müraciəti Sizə ünvanlamağımızın məqsədi Azərbaycan memarlarının vətəndaş olaraq yanınızda durmalarını və var gücümüzü, təcrübəmizi və istedadımızı dövlətimizin, xalqımızın xidmətinə verməyə hazır olduğumuzu bildirməkdir” - deyə bildirən E.Qasımzadə Ali Baş Komandana tutduğu zəfər yolunda cansağlığı və uğurlar arzulayıb.
Baki-xeber.com