“Mən goranboylu olduğum üçün fəxr edirəm. Mənfur düşmənlərimizin növbəti təxribatına cavab vermək üçün xalqımız Vətən müharibəsinə başladı. Çox şükürlər olsun ki, əsgərlərimiz şir kimi döyüşür və güclü Ordumuzun şücaəti nəticəsində tezliklə Qələbə bizim olacaq.
Hörmətli Prezident, mən də bir Azərbaycan oğlu kimi birbaşa döyüş bölgəsinə gedərək müharibədə iştirak etməyə, Qələbə sevincini canlı olaraq yaşamağa hazıram”. Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakının Xəzər rayonunun Binə qəsəbəsindən məhkum Neman Eminov bildirib.
Baki-xeber.com