şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycançılıq ideologiyasının diasporumuza toparlayıcı təsiri ağır Vətən müharibəsi günlərində özünü bir daha göstərdi... - II yazı

Image


Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsi, işğal altında olan torpaqlarımızın təcavüzkar Ermənistanın silahlı birləşmələrinin və terrorçu qruplarının işğalından azad edilməsi istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın müxtəlif ölkələrində, qitələrində yaşayan azərbaycanlılar, xalqların nümayəndələri tərəfindən ciddi şəkildə dəstəklənir.

Azərbaycançılıq məfkurəsinə, ideologiyasına sadiq qalan hər bir soydaşımız həm Prezident İlham Əliyevə ünvanladığı məktubda, həm də yaşadığı ölkədə keçirilən icazəli aksiyalarda Azərbaycanın ədalətli, haqlı mövqeyini dəstəklədiyini bəyan edir, Ermənistanın təcavüzkar siyasətinə qarşı etiraz səsini ucaldır. Həm Azərbaycan türkləri, həm də ölkəmizdə yaşayan başqa xalqların xarici ölkələrdə yaşayan nümayəndələri azərbaycançılıq ideologiyasına öz sadiqliklərini təsdiqləyirlər və dövlətimiz, dövlətçiliyimiz ətrafında sıx birlışdiklərini, Ali Baş Komandana, müzəffər ordumuza dəstəklərini ifadə edirlər.

Sentyabrın 27-dən başlayaraq bu günə kimi müzəffər ordumuzun cəbhədə qazandığı uğurlar, düşmənin silahlı birləşmələrini, terroruçu qruplarını darmadağın etməsi xaricdə yaşayan azərbaycanlıları daha da ruhlandırır, onların apardıqları informasiya müharibəsinə ciddi stimul verir. Azərbaycançılıq ideologiyasının bayrağı altında birləşən soydaşlarımız Ermənistanın Azərbaycan xalqına, mülki əhalimizə qarşı törətdiyi son terror aktlarına da ciddi etiraz edirlər.

  • İsraildə yəhudilər və azərbaycanlıların ölkəmizə dəstək aksiyası...

Bu gün dünyanın bir sıra ölkələrində soydaşlarımız Azərbaycanın ədalətli mövqeyinə, şanlı ordumuza dəstək məqsədilə keçirdikləri icazəli aksiyalarda Ermənistanın Gəncədə mülki əhaliyə qarşı törətdiyi terror aktlarını ifşa etmək istiqamətində də dünyaya mühüm çağırışlar edir, mesajlar verirlər.

İsrailin müxtəlif yerlərində, o cümlədən də Hayfa, Təl-Əviv kimi şəhərlərində yaşayan azərbaycanlı və yəhudi soydaşlarımız “Qarabağ Azərbaycandır!” şüarı altında icazəli aksiya keçirərək bununla həm Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna dəstəklərini ifadə edıblər, həm də Ermənistanın Gəncədə və digər şəhərlərimizdə, yaşayış məntəqələrimizdə dinc əhaliyə qarşı törətdiyi terror aktlarına öz etirazlarını bildiriblər və işğalçı ölkənin xalqımıza qarşı faşist, terrorçu hərəkətlərini İsrail cəmiyyətinə çatdırıblar. Hətta onların birgə keçirdikləri həmrəylik aksiyasını pozmaq üçün bir qrup erməni tərəfindən hücuma da məruz qalıblar. Üzərində işğalçı ölkənin bayraqları olan maşınlarda olan ermənilər soydaşlarımızın yolunu kəsiblər, lakin bu dəfə də ədalət zəfər çalıb, düşmən geri çəkilib.

  • Hannover azərbaycanlıları da ölkəmizlə həmrəydirlər...

Bildiyimiz kimi, bir neçə gün əvvəl Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan Gəncə terrorunun qurbanlarının anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak ediblər.

Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alması, müxtəlif şəhər və rayonlarda onlarla günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim edilib.

Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin ağır artilleriya atəşinə tutulmasının erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd edib, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

  • Vyana da erməni terroruna “yox” deyir...

Məlum olduğu kimi, Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən, azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

“Azer Der” cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı, türk icmasının nümayəndələri də iştirak ediblər. Aksiyada çıxış edən soydaşlarımız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən, günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı, Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Ermənistana inanma”,“Ermənistanın işğalına son!”, “Ermənistanın təcavüzünə son”, “Erməni terroruna son” şüarları səsləndiriblər.

  • Münhendə də bizi dəstəklədilər...

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib.

Yürüşdə işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrində, xüsusilə Gəncə və Mingəçevir şəhərlərində dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti, mülki şəxslərin, azyaşlıların öldürülməsini soyqırım aktı kimi qiymətləndiriblər.

Azərbaycanlılarla yanaşı, türk icmasının nümayəndələri və digərlərinin iştirakı ilə Marienplatz meydanından başlayan yürüş Odeonsplatz meydanına kimi davam edib. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndiriblər. Bildirilib ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Yürüş zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər, Gəncə və Mingəçevir şəhərlərində törədilən vandalizm aktları ilə bağlı yerli ictimaiyyət geniş məlumatlandırılıb.

  • İsveç Krallığında erməni terroru pislənib

İsveç Krallığının Stokholm şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Sergelakaden meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatlarını, Gəncə şəhərinin yenidən raket atəşinə tutmasını və nəticədə mülki vətəndaşların, azyaşlıların, qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının təşəbbüsü ilə keçirilən aksiyada Stokholmda yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər.

  • Bern də bizimlədir

Qeyd etdiyimiz kimi, soydaşlarımız Ermənistanın işğalçılıq, terrorçuluq hərəkətinə qarşı azərbaycançılıq şüarı altında birləşiblər. Belə ki, İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Bernin Helvetia Platsa meydanında icazəli aksiya keçiriblər. Aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən, azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycandır!”“İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.

  • Almaniyadakı Azərbaycan diasporu Gəncə terroruna qarşı etiraz aksiyası keçirib

Məlumata görə, Almaniyanın Köln şəhərində Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib. Şəhərin Roncalliplatz meydanı adlanan ərazisində baş tutan aksiyada azərbaycanlı icmasının Köln şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəklədiklərini bildirib, beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması üçün ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

  • Xaricdə yaşayan azərbaycanlılar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını davam etdirirlər

İordaniya Haşimilər Krallığındakı Azərbaycan diasporunun bu ölkənin geniş oxucu auditoriyasına malik www.orobanews.com xəbər portalında Ermənistanın təxribatlarını pisləyən bəyanatı dərc olunub.

Bəyanatda bildirilir: “30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olmasını təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı, yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq”.

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərindən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı mübaribənin səbəbləri barədə yazısı dərc olunub. O, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda müharibənin yalnız işğal altında olan torpaqlarımızda aparıldığını vurğulayıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin yanında olduqlarını bəyan edərək, yaşadıqları ölkələrin yerli ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.

Qeyd edək ki, məlumatlar Diaspor Komitəsinin rəsmi saytından götürülüb.

Azərbaycançılıq ideologiyası böyük təsir gücünə malikdir, onun ən böyük gücü isə birlik, həmrəylik yaratmaqdır, soydaşlarımızı bir ideya, vahid məqsəd ətrafında birləşdirməkdir. Bu gün soydaşlarımız azərbaycançılıq ideologiyasına sadiqliklərini ifadə edir və Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər. Onlar inanırlar ki, bir gün mütləq ədalət zəfər çalacaq, o zəfərin ilk sədalarını bizə müzəffər Azərbaycan Ordusu eşitdirir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ