şənbə günü, 17 oktyabr 2026
     

Qarabağ inancı xarüqələr yaradır - Əkbər QOŞALI yazır

Image


Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı əsilsiz “status-kvo” və “təmas xətti”ni aradan qaldırdıqdan sonra, yalnız işğal bölgəsində, yalnız Azərbaycanda və hətta yalnız Qafqazda deyil, az qala dünyada yeni şəkillənmə yaranmağa başladı.

Mənim bu sözlə mübaliğəyə vardığımı düşünənlər, bir zəhmət, dünyanın ən böyük hərbi platforması NATO-nun, bəşəri sülh və təh­lüksəziliyin əsas ünvanı BMT-nin, Avropa Birliyinin, dünya neft nəhəngi BP-nin, nəhayət, ATƏT-in Minsk qrupu həmsədrlərinin, özəlliklə, (aid olduğumuz corğafiyanın, ümumən dünyanın ərazicə ən böyük dövləti, nüvəli) Rusiyanın, başqa qurum-quruluşların, dövlətlərin Ermənistan-Azər­baycan elan­olunmamış müharibəsinə tərəqqi etmiş münasibətinə diqqət edə bilər. – Ya ədalətli mövqeyə yaxınlaşıblar, ya neytrallığa meyilləniblər – bir sözlə, işğalçının yanında durmadıqlarını deməkdən, nümayiş etdirməkdən çəkinmirlər.

Elə götürək, nəhəng qonşu Rusiyanı. Cəmi 3 il öncə Xarici işlər nazirinin dili ilə açıq şəkildə “Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Rusiyanın Prezidenti bu gün “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz” deyir. Həmin Rusiyanın həmin Xarici işlər naziri eynən belə deyirdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qərar qəbul edilib. İlk növbədə münaqişənin gərgin vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş, atəşin dayandırılmasını tələb edən qətnamələri göstərmək olar. Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil”.

İndi isə Rusiya daha ali səviyyədə deyir ki, hazırda müharibə Azərbaycan dövlətinin ərazisində gedir, beynəlxalq hüquqa görə bizim ora qarışmaq haqqımız yoxdur.

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub.” – bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən Valday forumunda onlayn çıxışı zamanı deyib.

Əlbəttə, öncəbhədə baş verənlər fonunda Azərbaycan-Türkiyə hərbi-siyasi münasibətləri indi maraqlı tərəflərin ən çox diqqət yetirdiyi mövzulardan biri, bəlkə də, birincisidir. Rusiya Xarici işlər naziri daha bu günlərdə Türkiyəni danışıqlar masasında arzu etmədiklərini, hətta, diplomatik nəzakəti də gözləmədən, Türkiyəni Rusiya üçün etibarlı tərəfdaş saymadığını işarə etmişdi. Budur, Rusiya prezidenti Vladimir Putin Güney Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışarkən deyib: “Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir”.

Nə baş verir? Daşıdığı səlahiyyətlər, malik olduğu informasiya, o informasiyaların emalı, təhlili imkanları baxımından Prezident Xarici işlər naziri ilə müqayisə oluna bilməz, əlbəttə. Əlbəttə, dövlətin mövqeyini, hadisələrin inkişafına baxışını məhz dövlət başçısı düzgün izah edir, onun sözü daha üstündür; ancaq onu da dana bilmərik ki Lavrov özü də sıradan bir adam olmayıb, sadəcə proqnoz verən siyasətçi, təhlil aparan ekspert deyil; o, 16 ildir Rusiya Federasiyasının Xarici işlər naziridir və onun dedikləri gözardı edilə bilməzdi. Uzun sözün qısası, Lavrovun açıqlamaları yalnız fərdi duyğu-düşüncələrin məhsulu sayılmaz; ola bilər, ifadə şəkli, sözlərə yüklədiyi tünd rənglər vardı, amma enində-sonunda sözləri, rəsmi Kremlin siyasi-diplomatik mətbəxinin ətrini, dadını-duzunu (yaxud duzsuzluğunu) sezdirirdi...

Beləliklə, 27 sentyabrdan sürətlə dəyişən situasiya artıq Lavrovun deyil, onu vəzifəyə təyin edən Prezidentin sözləri ilə məqbul məzmunda şəkillənir. Bu şəkillənmənin mahiyyətini qısa şəkildə necə izah etmək olar? İlk növbədə, Azərbaycan mövqeyi ədalətlidir, Azərbaycan haqlı tərəfdir. Doğrudur, Azərbaycan həmişə ədalətli və haqlı olub, indi isə gücünü sahəyə yansıtmış tərəf olmaqla seçilir. Deyə bilərsiz ki, Azərbaycanın Ermənistandan güclü olduğu zatən bilinirdi, dəyişən nədir? – Dəyişən odur ki, Azərbaycan əlverişli beynəlxalq vəziyyəti düzgün qiymət­lən­di­rərək, gərəkən addımları atdı. Azərbaycan işğala məruz qalan tərəf olsa da, güclü ola-ola, sülh danışıqlarında təmkin, səbr nümayiş etdirə-etdirə, sülh arayışlarına uzunmüddətli dəstək və töhfələr verə-verə dünyanı fakt qarşısında qoydu. İşğalçı bizdən gücsüz ola-ola, öz Müdafiə nazirinin timsalında nümayişkəranə şəkildə “yeni müharibə - yeni ərazilər” formulu ilə çıxış etdi; “guya demokrat” Baş nazir Paşinyan daha nümayişkəranə şəkildə “Qarabağ – Ermənistandır. Nöqtə” dedi; bu azmış kimi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı su yoluna döndərdi, gəlib bizim Şuşada, bizim suyu içib, bizim havanı udub, hələ bir də bizim havaya yallı getdi, sərxoş halda bizə acıq verdi. Bununla da ürəyi soyumayan Paşinyan işğal bölgəsində qanunsuz məskunlaşmanı sürətləndirdi, iri infrastuktur layihələr icra etdi, özünü Qarabağın baş hakimi-mütləqi kimi aparmağa həvəsləndi; hələ bizimlə ironiya da etdi, “danışıqlar istəyirsizsə, mənimlə yox, gedin, Artunyanla danışın” həyasızlığını etdi. Ardınca, Tovuza qanlı, təlafat və dağıntılı hücum, Goranboya kəşfiyyat-diversiya qrupu göndərmək Paşinyanın qudurğanlığının hədd-hüdud tanımadığını əyani göstərirdi. Hər dəfə də Azərbaycan Prezidenti mühüm beynəlxalq platformalarda, o cümlədən BMT tribunasından dünyanı xəbərdar edirdi, təcavüzkarla “Dur!” deməyə çağırırdı. Cənab İlham Əliyev dünya birliyini xəbərdar edirdi ki, təcavüzkar cəzlandırılmadıqca, yeni təcavüzkarlıqlara həvəslənir.

Nəhayət, 27 sentyabr, istirahət günü, səhər saat 06.00-da Ermənistan silahlı qüvvələrinin (işğal altındakı torpalqrımızdan) növbəti irimiqyaslı hücumu, o cümlədən mülki əhaliyə atəş açması bardağı daşıran son damla oldu! Artıq söz Azərbaycan ordusununuydu! – İldırımsürətli əks-hücumla düşmənin bütün hərbi-siyasi miflərini darmadağın edən müzəffər ordumuz yeni situasiya yaratdı. Bu situasiyanın diplomatik-siyasi tamamlanmasını Ali Baş Komanadanımız, hərb cəbhə­sində olduğu kimi, bütün cəbhələrdə də (o cümlədən öyrədilmiş, “ev tapşırıqlı” suallarla çıxış edən bəzi xarici TV-lərə müsaibələrdə də) mükəmməl şəkildə həyata keçirir. Azərbaycan bütün sahələrdə vahid komanda halında fəaliyyətdədir. Azərbaycan dövlət-xalq birliyinin təntənəsini yaşayır. Azərbaycan Prezidentinin sarsılmaz siyasi iradəsi əsgərimizə, diplomatımıza, sıravi vətəndaşımıza güc-qüvvət verir! Azərbaycan irəliləyir!

Bax, yaxın-uzaq dövlətlərin, doğma-yad qurum-quruluşların mövqeyində tərəqqi də ilk növbədə məhz bu amillərlə şərtlənir!

Burada, əlbəttə, qardaş Türkiyənin hərbi, siyasi-diplomatik, iqtisadi cəhətdən bizlərə sevinc və qürur bəxş edən yüksək inkişaf səviyyəsinə çatması da çox önəmli rol oynayır. O yüksək səviyyəsi ilə “Bütün şərtlərdə Azərbaycanın yanındayıq; “Bir millət iki dövlət”ik, gərəkirsə, “Bir millət, bir dövlət” kimi də hərəkət edərik!” ismarıncı müstəsna rol oynayır. Uzaqdakı qardaşımız Pakistanın, strateji müttəfiqimiz Ukraynanın, Bosniya-Hersoqovinanın, Əfqanıstanın, ortaq türk qurum-quru­luşlarının (TürkPA, Türk Akademiyası, TÜRKSOY) Bəyanatları, Azərbaycanın sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının mövqeyi özünə­məxsus rol oynayır.

Bax, bütün bu olanlardan sonra bizim qarşımıza nə ilə çıxsınlar, nə tələb etsinlər? –

Səbrmi? – Artıqlaması ilə göstərmişik;

təmkin? – onun ən yaxşı örnəklərini yaratmışıq;

danışıqlarmı? – heç vaxt imtina etməmişik;

ədalətmi? – onu biz axtardıq, tapmadıq, indi özümüz təsis edirik, özümüz;

bəlkə referendum... status?.. – çox gecikmisiz, əfəndilər, çoxxx! –

Bizim daxili işlərimizə qarışmayacaqsız, məhz daxili işlərimizə..!

Azərbaycanda yaşamaq istəyən Qarabağ erməniləri ilə Xarici işlər, Müdafiə nazirlikləri deyil, Daxili işlər nazirliyimiz və Prokurluğumuz məşğul olacaq. – Azərbaycan Respublikası Konsti­tuasiyasını qəbul edən, hərbi cinayətlərdə iştirak etmədiyini sübut edən sadə ermənilər qanun­ve­riciliyin tələblərinə uyğun şəkildə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” üçün müraciət edər, müraciətinə baxılar...

Başqa sözü olan varmı? Buyursunlar! Biz onları Şuşada, Cidır düzünə dəvət edər, orada söhbət edərik, görək nə deyirlər. Məsələn, bizim Qarabağda bərpa edəcəyimiz turizm obyektlərinə öz ölkələrindən ildə nə qədər turist göndərə bilərlər? Yaxud “Şuşa Beynəlxalq Musiqi Festivalı”nda neçə ansamblla iştirak edəcəklər və s.

Əkbər QOŞALI

P.S. Bu sətirlərin müəllifi iyul-avqust aylarında “Ermənistanın qeyd-şərtisz Təslim Aktı” layihəsini yazıb mediada yayımlayanda, “xəyalpərəstsən”, “öz yazdıqlarına özün inanırsanmı?” və b. yamanlamalarda bulunanlara salam olsun! – Onlar sadə bir həqiqəti anlamamışdı: öz dövlətinə, öz ordusuna, Ali Baş Komandanına sarsılmaz inam – QARABAĞ İNANCI xarüqələr yarada bilir!..



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ