şənbə günü, 17 oktyabr 2026
     

“İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır”

Image


Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, Azərbaycanın Ermənistanı sülhə məcbur etmək istiqamətində atdığı addımlar və bu xüsusda Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən İtaliyadan gözləntiləri barədə səfir Məmməd Əhmədzadə İtaliyanın“Sputnik Italia” və “FirstOnline” xəbər portallarına müsahibələr verib. Müsahibələr, müvafiq olaraq, “Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik” və “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır” başlıqları ilə dərc olunub.

Müsahibələrində səfir Ermənistanın otuz ildən artıqdır ki, Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin iyirmi faiz ərazisini işğal edərək həmin ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq, həm Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən hərbi mövqelərini, həm də təmas xəttinin yaxınlığında sıx məskunlaşmış yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutduğunu, bu müddət ərzində əldə olunmuş humanitar atəşkəs barədə razılığa əməl etmədiyini, təmas xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirdiyini diqqətə çatdırıb. Səfir Ermənistan hərbi qüvvələrinin məqsədinin ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni ərazilər əldə etmək olduğunu, Azərbaycanın ədalət istədiyini, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmət edilməsini tələb etdiyini, Azərbaycan ordusunun ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşduğunu deyib.

“Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və türk qırıcılarının hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib. O, 10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı olmadığını, ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar aldığını və bunu hər zaman açıq bəyan etdiyini qeyd edərək, əslində beynəlxalq ictimaiyyətin kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər pul əldə etdiyini soruşmalı olduğunu vurğulayıb.

M.Əhmədzadə “döyüşlərə Suriyadan gələn cihadistlərin cəlb olunması” iddiasına cavab verərək, bunun tamamilə saxta xəbər olduğunu və Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən Ermənistan rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayıldığını diqqətə çatdırıb. Diplomat bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan problem olduğunu, Ermənistanın baş nazirinin dünyanın əksər aparıcı paytaxtlarına davamlı olaraq zəng vuraraq yardım diləndiyini  və Ermənistanın bu münaqişəni beynəlmilləşdirməsi cəhdlərinin destruktiv və təhlükəli olduğunu bildirib.

Səfir, həmçinin, Ermənistan tərəfinin bu saxta məlumatı yaymaqda məqsədinin münaqişəyə dini məzmun vermək və beləliklə də qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkmək olduğunu bildirmişdir.M.Əhmədzadəəslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA – Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvlərinin olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyət tərəfindən bunun qınanılmasının vacibliyini vurğulayıb.

Münaqişənin tarixi və baş vermə səbəbləri haqqında danışan M.Əhmədzadə Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olması, XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi və Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi və bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, eləcə də Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı soyqırım və digər müharibə cinayətləri  törətməsi barədə məlumat verib. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə qondarma qanunsuz rejim yaratdığını bildirən səfir Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin olduğunu, lakin Ermənistanın bu sənədlərə məhəl qoymadığını diqqətə çatdırıb.

Azərbaycan-İtaliya münasibətləri haqqında danışan səfir M.Əhmədzadə İtaliya və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşdüyünü, eləcə də Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısı olduğunu bildirib. O, bu ilin fevral ayında İtaliyaya səfəri zamanı Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının baş naziri Cüzeppe Konte arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlərin enerji sahəsində tərəfdaşlıqdan daha da irəli gedərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Diplomat Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərin Azərbaycandakı iri layihələrə cəlb olunduğunu, eləcə də Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliyanın Avropada enerji qovşağı rolunu oynayacağını bildirib.

Diplomat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji infrastruktur obyektlərini hədəf aldığını və Azərbaycanın geo-strateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bunun İtaliyanın da iqtisadi maraqlarına zərbə vura biləcəyini deyib, bu xüsusda İtaliyanın Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol olmasının vacibliyini bildirib. 

“Beynəlxalq ictimaiyyətdən nə tələb edirsiniz” sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyi tələb etdiyini bildirib.

Müsahibələrlə aşağıdakı linklərə keçid edərək tanış olmaq mümkündür:

https://it.sputniknews.com/intervista/202010109640388-nagorno-karabakh-lambasciatore-dellazerbaigian-in-italia-vogliamo-giustizia/?fbclid=IwAR0OYLJFblsp8IQZdYaQGuEgKTzv0OsOR26S-729F0oo85BAgboPfOdfmRk

https://www.firstonline.info/azerbaigian-litalia-si-attivi-per-fermare-larmenia/?fbclid=IwAR3UGYKlgBJ0Hv-SiGZBbGr8rplUXZ-ccc7sK-0qSNHIMGON5QkxZIXh3Gk



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ