şənbə günü, 17 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir”

Image


“Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Lakin yağı düşmən bu dəfə də riyakarlıq edərək atəşkəsin ilk anından Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti bununla növbəti dəfə açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını təsdiqləmiş oldu. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin televiziya kanallarına müsahibələrində, həmçinin xalqa müraciətlərində daim bu faktı diqqətə çatdırır ki, hakimiyyətə zor gücünə gələn N.Paşinyan ilk gündən danışıqların formatının dəyişdirilməsinə, qondarma “Dağlıq Qarabağ respublikası”nı tərəf kimi danışıqlar prosesinə cəlb etməyə səy göstərməklə, həmçinin “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə, işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətini həyata keçirməklə danışıqlar prosesində maraqlı olmadığını nümayiş etdirib”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını bəyan edir, amma dünya Ermənistanın bu cinayət əməllərinə seyrçi mövqedə dayanır: «Bax, bu cür ikili standartlara əsaslanan yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusu dünya birliyinin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə “gözlə-gözlə” deməklə Ermənistana vaxt qazandırmaq üçün atdıqları addımlara döyüş meydanında cavab verdi. Hər gün cəbhə bölgələrindən gələn qələbə xəbərləri Ermənistanı və onun havadarlarını məyus etməyə bilməz. Azərbaycan işğalçıya, eyni zamanda, dünya dövlətlərinə döyüş meydanında gücünü, malik olduğu imkanları göstərir. Oktyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev özünün rəsmi “Twitter” hesabında növbəti qələbə xəbərini- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!

Baş redaktor bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 9-10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq bu razılaşmadan heç bir gün keçməmiş cəbhə bolgəsindən xeyli uzaqda yerləşən Gəncəni raket atəşinə tutaraq soyqırımı aktı törətdi, dünya susdu. Oktyabrın 18-də növbəti humanitar razılaşma əldə edildi, dərhal Ermənistan razılaşmanı kobud şəkildə pozdu, dünya yenə də susur: «Bu susmalar həmin dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara hansı dividendi gətirə biləcəyi sual doğurur. Kasıb, iqtisadi tənəzzül içərisində çabalayan Ermənistanın bu şəkildə silahlanmaya maddi imkanı yol verə bilməz. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir ki, təqdim edilən siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib, döyüş zamanı bunun dəqiq hesablaması mümkün deyil. Azərbaycan döyüş meydanında tam üstünlük əldə edərək Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarıb. Ancaq sual olunur: Bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Statistikaya müraciət edək. Ermənistanın hərbi, ümumilikdə dövlət büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Ermənistanın sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. Amma həm işğal edilmiş torpaqlarımızda, həm də Ermənistanda onların texnikası qalıb. Dünya bu sual ətrafında düşünməlidir ki, bu silahlar kim tərəfindən işğalçıya hədiyyə edilir?”

V.Rəhimzadə bu məqama diqqəti yönəldib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın silahlandırılmasını görməzdən gəlir, amma bəzi hallarda silah alınması ilə bağlı ölkəmizə qarşı əsassız iradlar irəli sürülür: «Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları göz önündədir. Ermənistandan fərqli olaraq Azərbaycan dünyada iqtsadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Müharibə şəraitində yaşayan, ən əsası torpaqları işğal altında olan dövlətin hərbi büdcəsini artırması, ordusunun maddi-texniki bazasını möhkəmləndirməsi onun suveren hüququdur. İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, həmçinin mülki əhalini atəşə tutmasına vasitəçi olmaq isə özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Budur, dünyanın ikili siyasətinin əyani sübutu.»

Baş redaktor bildirib ki, bu gün dünyaya bu çağırış olunur: İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirməz. Silahlandırmaya, baş verən terror aktlarına, insanlığa qarşı cinayətə göz yummamaqla cinayətkarı ədalətə sövq etmək olar. Azərbaycan dövləti döyüş meydanında üstünlüklərə malik olsa da hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu bildirir. Ermənistanın danışıqlar masası ətrafında oturması üçün onun “başına sığal çəkilməsinə” son qoymağa böyük ehtiyac var. Diplomatik müstəvidə, döyüş meydanında qələbə qazanan Azərbaycan zəfərləri ilə tarixini daha da zənginləşdirir, bu reallığı Ermənistana və onun havadarlarına bir daha sübut edir- Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ