27/11/2020 13:38
728 x 90

Braziliyanın REBE TV televiziyası da Dağlıq Qarabağ probleminin mahiyyəti barədə erməni yalanlarını ifşa etdi – nə etnik, nə də dini münaqişə… - FOTO

img

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən “Bakı-Xəbər”ə daxil olan məlumata görə, 17 oktyabr tarixində Azərbaycana həsr edilmiş silsilə proqramları tamamlayaraq, Braziliyanın REBE TV kanalında sonuncu proqram efirə gedib.

Proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, Mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları ilə bölüşüb. Bildirilib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və onun təmsil etdiyi qurumun bu modeli dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada tədris edir. Jurnalist Fabiana Seyhanın regionda baş verən proseslərlə bağlı sualına cavab verən R.Huseynov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionumuzda sülhün və multikulturalizmin ən böyük təhdididir və bəzi beynəlxalq dairələr bu münaqişəyə dini və yaxud etnik don geyindirməyə çalışırlar. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişənin arxasında əslində Ermənistanın ərazi iddiaları durur və bu təcavüzün nəticəsində otuz ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və bir milyona yaxın insan öz evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın mültikulturalizmin beşiyi olduğu və ölkəmizdə bir çox millətlərin və bütün dini konfessiyaların nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı diqqətə çatdırılıb. Səfir E,Poluxov, öz növbəsində, bu silsilə proqramların izləyicilərinə öz dərin minnətdarlığını bildirərək, bu proqramlar vasitəsi ilə ölkələrimiz arasında mövcud olan əlaqələrin, demək olar ki bütün sahələrin əhatə olunduğunu qeyd edib. Müsahibəsində E.Poluxov ermənilərin ölkəmizə qarşı başladığı yeni təcavüzündən danışaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edəcəyini bildirmiş və ölkə rəhbəri cənab Prezidentin “Qarabağ - Azərbaycan. Nida!” şüarı ilə çıxişini bitirib.

Müsahibə saat 10.00 efirə gedib və təkrar olaraq bazar günü bir daha yayımlanıb. Proqramın tam versiyası ilə verilən keçidlə tanış olmaq olar

https://porbrasilia.com.br/por-brasilia-programa-17-10-2020/

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər