şənbə günü, 17 oktyabr 2026
     

Qazaxıstanda və Qırğızıstanda hakimiyyətlərə xalqın yeni təzyiq hərəkatı - Azərbaycanın xatirinə KTMT-dən çıxın və Ermənistanı qınayın...

Image


Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində apardığı uğurlu əməliyyatlar nəticəsində bir sıra kəndlərimiz, rayonlarımız düşmən tapdağından azad edilib. Azərbaycanın bu haqq işi qardaş Türkiyə Cümhuriyyəti, onun rəhbərliyi başda olmaqla, əksər dövlət tərəfindən ciddi şəkildə dəstəklənir.

 

Amma çox təəssüf ki, digər türkdilli respublikalar hələ də Azərbaycan dövlətinin haqq işinə, haqq mübarizəsinə münasibət bildirməyib, ölkəmizə hər hansı formada dəstək verməyiblər. Bu gün müxtəlif sosial şəbəkələrdə Orta Asiyadakı türkdilli dövlətlərin vətəndaşlarının Azərbaycana açıq dəstək verdiklərini, Ermənistanın işğalçı davranışlarını pislədiklərini müşahidə edirik. Artıq Qazaxıstan və Qırğızıstan respublikalarının bir çox vətəndaşı sosial şəbəkələrdə öz hökumətlərinə müraciət edərək, onları Kollektiv Təhlükəsizlik Müqaviləsi  Təşkilatının (KTMT) üzvlüyündən çıxmağa, Azərbaycana birmənalı dəstək verməyə, Ermənistanın işğalçılıq siyasətini, terror və təxribatlarını pisləməyə çağırıb. Bu ölkələrin vətəndaşları hesab edirlər ki, Qazaxıstan və Qırğızıstanın Azərbaycanın ədalətli mövqeyinə açıq dəstək verməməsinin səbəbi onların KTMT üzvü olmasıdırsa, onlar təxirə salınmadan bu qurumun üzvlüyündən çıxmalıdırlar. Bu ölkələrin vətəndaşları öz ölkələrinə çağırışlar etməklə türk birliyinin, türk həmrəyliyinin parçalanmamasına çalışırlar.

 

  • “...Ermənistanın təcavüzkar siyasətini kəskin şəkildə pisləməsinə nail olmalıdırlar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün bütün türk dövlətləri Azərbaycanın yanında olduğunu çəkinmədən bəyan etməlidirlər. “Siz “Bakı-Xəbər” olaraq çox lazımlı olan bir məsələni qaldırmısınız. Bu məsələ bizim bütün KİV-də sentyabrın 27-dən qaldırılmalı, bunun üzərinə gedilməli idi. Sosial şəbəkələrdə görürük ki, müxtəlif türkdilli xalqların nümayəndələri Ermənistanın təcavüzkar siyasətini pisləyir, buna kəskin etirazlarını bildirir, Azərbaycanın haqlı mövqeyinə dəstək verirlər. Sosial şəbəkələrdə biz İranda yaşayan azərbaycanlıların da kütləvi aksiyalar keçirdiyinin şahidi oluruq, bu aksiyalarda İran hökumətindən Ermənistana dəstək verməməsi tələb olunur, soydaşlarımız hökumətə təzyiq göstərirlər. O cümlədən də Orta Asiyadakı türk dövlətlərinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikalarının vətəndaşlarının da Azərbaycana dəstək verməsi, öz hökumətlərindən də bunu tələb etməsi çox müsbət haldır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikaları özü çoxdan ayağa qalxmalı və Ermənistana ən müxtəlif formalarda təpki göstərməli idilər. Demirəm ki, onlar silah götürüb gəlib bizə kömək etməli, maddi yardım göstərməlidirlər, xeyr. Sadəcə, bu türk respublikaları Ermənistanın təcavüzkar davranışlarına kəskin etirazlarını bildirməli, öz etiraz səslərini beynəlxalq ictimaiyyət qarşısında qaldırmalı idilər. KTMT üzvü olan Qazaxıstan və Qırğızıstan Ermənistana kütləvi qırğın silahları verilməsinin dayandırılması üçün Rusiya qarşısında da məsələ qaldırmalı, Ermənistanın bu silahlardan Azərbaycanın dinc, mülki əhalisinə, qadın və uşaqlara qarşı istifadə etməsinə ciddi etiraz etməli idlər. Biz eyni soydan gəliriksə, dost, qardaş ölkələriksə, gərək onlar buna seyrçi qalmazdılar. Bu gün biz hamımız Türk Şurasında birləşmişik, bu bizi daha da yaxınlaşdırıb, bu səbəbdən də bütün məsələlərdə bir yerdə olmalıyıq. Çox təəssüf ki, biz bunu həmin respublikaların timsalında görə bilmirik.

Sentyabrın 27-dən bəri yalnız iki-üç gün əvvəl Qazaxıstanda bir az tərpəniş gördük, Türk Şurasının münasibətini eşitdik. Ancaq, bütövlükdə, KTMT üzvü olan iki türk dövlətinin - Qazaxıstan və Qırğızıstanın Ermənistanı qınayan, onun təcavüzkar siyasətini kəskin pisləyən, terrorçu ölkənin Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən bəyanatlarını görməmişik. Bu türk respublikalarının KTMT üzvü olması onların Ermənistanın təcavüzkar, terrorçu davranışlarını kəskin pisləməsi üçün hər hansı bir əngəl yaratmamalıdır. Nə olsun ki, KTMT-nin üzvüdürlər, onlar haqsızlığa qarşı etirazlarını bildirməlidirlər”.

V.Abışov qeyd etdi ki, dünyanın müxtəlif ölkələri tərəfindən Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, bu ölkələr öz KİV-ini ölkəmizə göndərir, onlar gəlib hadisə yerlərindən çəkilişlər edir, reportajlar yayımlayır, Ermənistanın terror hərəkətlərini ifşa edirlər, amma Türkmənistanın, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın bu istiqamətdə də hər hansı bir addımını görmürük. “Biz onların KİV nümayəndələrini görə bilməmişik. Ona görə də bu ölkələr təcili olaraq öz KİV-ində Ermənistanın təcavüzkar siyasətini, Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi kütləvi terror aktlarını, ölkəmizin şəhər və rayonlarını ballistik raketlə atəşə tutmasını kəskin qınayan yazılar dərc etməlidirlər. Həm də bu ölkələr öz KİV-ini Azərbaycana göndərməli, onlar həm döyüş bölgəsindən, həm də Ermənistanın dinc əhaliyə qarşı terror törətdiyi yerlərdən yazılar hazırlamalı, Ermənistanın terror əməllərini ifşa etməlidirlər. Bilirik ki, bu ölkələrin vətəndaşları sosial şəbəkələr vasitəsilə çıxışlar edir, Ermənistanı kəskin tənqid edirlər, bu prosesə daha fəal şəkildə KİV də qoşulmalıdır”.

Qazaxıstan və Qırğızıstanın KTMT üzvlüyündən çıxması tələbinə gəlincə, V.Abışov hesab edir ki, onlar KTMT-dən çıxmadan da bu işi görə bilərlər. “Qazaxıstan və Qırğızıstan vətəndaşlarının öz hökumətlərindən KTMT-dən çıxmalı olmaları barədə tələblərinə gəlincə, onlar öz hökumətlərinə KTMT-dən çıxmamaq şərtilə də Azərbaycana dəstək verməsi üçün təzyiq edə bilərlər. Hesab edirəm ki, bundan başqa, KTMT-də olmaq onlara Azərbaycanın haqq işini müdafiə etməyə mane olursa, onda Qazaxıstan və Qırğızıstan KTMT-ni tərk edə bilərlər.

Bu günlərdə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qazaxıstana getmişdi. Bilmirəm pərdə arxasında hansı oyunlar gedir. Ancaq Qazaxıstan və Qırğızıstan rəhbərlikləri Rusiyadan Ermənistanı tərəf kimi dəstəkləməkdən, işğalçı ölkəni silahlandırmaqdan əl çəkməsini tələb etməlidirlər. Bu ölkələr rəsmən bəyan etməlidirlər ki, Rusiyanın KTMT-nin digər üzvü Ermənistana verdiyi kütləvi qırğın silahları vasitəsilə işğalçı ölkə Azərbaycanın kənd və şəhərlərini dağıdır, dinc əhalini kütləvi olaraq qətlə yetirir, ona görə də Rusiya Ermənistanı silahlandırmamalıdır. KTMT üzvü olan Qazaxıstan və Qırğızıstan Rusiyaya və Ermənistana qarşı öz təzyiq vasitələrindən istifadə etməlidirlər. Hesab edirəm ki, Qazaxıstan və Qırğızıstan vətəndaşları bu məsələ ilə bağlı öz ölkələrinin rəhbərliklərinə təzyiqləri daha da gücləndirməli, bununla da həmin ölkələrin rəsmi şəkildə Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləməsinə və Ermənistanın təcavüzkar siyasətini kəskin şəkildə pisləməsinə nail olmalıdırlar” - deyə V.Abışov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ