Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub. Trend-in məlumatına görə, Ermənistanın zavodu atəşə tutuması nəticəsində ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.