Bazar günü günü, 18 oktyabr 2026
     

“Qarabağda xristianlığın tək müdafiəçisi bizik” - Ermənistan indi də dünyanı “bu gurultu” ilə çaşdırmaq istəyir...

Image


Hər zaman xristian həmrəyliyindən geninə-boluna sui-istifadə edən ermənilər hər dəqiqə yeni-yeni saxtakarlıqlar ortaya atırlar. Son zamanlar ermənilər sosial şəbəkələrdə, internet resurslarında, bəzi Rusiya telekanallarında yeni iddialar səsləndirməyə başlayıblar.

İşğalçı dövlətin vətəndaşları Dağlıq Qarabağda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum, antiterror əməliyyatlarını “xristian-müsəlman” qarşıdurması kimi qələmə verirlər. Ermənilər saxtakarcasına iddia edirlər ki, guya Qarabağda müsəlmanlar “haqsız yerə” “xristianları qırırlar” Ermənistan da “xristianlığın müdafiəsi uğrunda” təkbaşına mübarizə aparır. Ermənilər özlərini hazırda bütün dünyada xristianlığın yeganə “müdafiəçisi” kimi təqdim edirlər ki, guya xristianlığın təəssübünü çəkən, onu məhv olmaq təhlükəsindən ermənilər “müdafiə edirlər”.

  • “...Dağlıq Qarabağda baş verən prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə verməyə cəhd edir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq bölməsinin rəhbəri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər özləri tarixən heç zaman xristianlığın möhkəmlənməsinə xidmət etməyiblər, əksinə, xristianlığın parçalanmasında “böyük rol” oynayıblar. Q.Hacıyevin sözlərinə görə, ermənilər həmişə qriqoryanlığın təəssübünü çəkiblər, qriqoryanlıq da qondarma bir təriqətdir. Ermənilərin xristianlığı heç zaman bəyənmədiyini, dəstəkləmədiyini deyən Q.Hacıyevin fikrincə, ermənilər əsl xristian olsaydılar, ya pravoslav, ya da katolik olardılar, onlar katolikliyi və pravoslavlığı inkar edərək, qondarma qriqoryanlığı yaradıb qəbul ediblər. “Erməniləri öyrənmək istəyən hər bir adam bu zaman açıq şəkildə onların dünyada olan bütün saxtakarlıqları, hiyləgərlik üsullarını, hiylə metodlarını bir-bir sınaqdan keçirdiklərini görər. Həqiqətən də, yeri gələndə, ermənilər özlərini yazıq, aciz, mağmun kimi göstərir, yeri gələndə cəllada dönürlər. Mənim bir fikrim var ki, özünü mağmun, bacarıqsız, yazıq aparan insanlar şərait düşən kimi daha çox cəllad olurlar. Ermənilərin hamısını belə görürəm, tanınmış adamları da belədir. Yaltaqlığın, göz yaşının hesabına müxtəlif dövlətlərin ərazilərində yerləşiblər, özlərini bərkidən kimi cəllada dönüblər. Ermənilərin apardıqları hiyləgər siyasətdən biri də xristianlıqla bağlıdır. Ən çox xristian amilindən istifadə edənlər qriqoryanlığın yaranma tarixini bilməyən ermənilərdir. Halbuki, ermənilər özlərini xristian hesab etsələr də, xristian mədəniyyətinə şərik olsalar da, xristianlığa dair yazılar yazsalar da, bunun hamısının mahiyyətində erməni şovinizmi, separatizmi dayanıb. Xristianlıq dini katolikliyə və pravoslavlığa bölünənə qədər də, ondan sonra da ermənilər bu dinin inkişafında heç bir rol oynamayıblar. Ermənilər həqiqətən də normal xristian olsaydılar, ya katolik, ya da pravoslav olardılar. Ermənilər xristianlığın hər iki qolundan ayrılaraq özləri üçün xristianlığın yeni bir “formasını” yaradıblar ki, bu da qriqoryanlıqdır. Qriqoris ayrıca bir təriqət yaradıb və bunları ətrafına yığıb, guya ki, ermənilər “peyğəmbər nəslinin” davamçılarıdır. Onlar bu adın altında əsrlərdir təxribatla, şovinizmlə məşğul olublar. Ermənilər təsadüfən pravoslav və katolik kilsələrinə gedəndə də orada təxribatçı hərəkətlərə yol verirlər.

O ki, qaldı indi ermənilərin özlərini dünyada “xristian dininin yeganə müdafiəçisi” kimi qələmə verməyə başlamasına, burada məqsəd, əslində, başqadır, xristian dünyasını qıcıqlandırmaqdır. Bu gün ermənilər özlərini məzlum şəkilə salaraq, “biz dünyada xristianlığın yeganə müdafiəçisiyik” deməklə xristian dövlətlərindən Azərbaycanın haqq işinə qarşı istifadə etmək istəyirlər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan xristian amilindən sui-istifadə edərək, Dağlıq Qarabağda baş verən prosesləri “müsəlman-erməni qarşıdurması” kimi qələmə verməyə cəhd edir. Guya ki, ermənilər burada təkləniblər və təkbaşına xristianlığı “qoruyurlar”, “müdafiə edirlər”. Ermənilər kimdir ki, xristianlığın müdafiəçisi olalar. Ermənilər heç zaman xristianlığın müdafiəçisi olmayıblar, bu gün isə özlərini “məzlum xristian” donunda göstərməklə dünya xristianlarının diqqətini cəlb etmək istəyirlər”.

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan Ordusu bizim öz torpaqlarımızda, ərazilərimizdə əks-hücum əməliyyatları aparır və bizim yolumuz haqq yoludur. Azərbaycanda nə indi, nə də tarixin heç bir dönəmində xristianlığa, xristianlara qarşı heç zaman pis münasibət olmayıb, əksinə, onlara burada hər cür şərait yaradılıb. Azərbaycanda yaşayan xristian inanclı insanların da Azərbaycan Ordusuna böyük dəstək verdiyini deyən Q.Hacıyev hesab edir ki, ermənilərin bu iddiası da dünyanın diqqətini cəlb edə bilməyəcək: “Bu gün Azərbaycanda xristian dininə mənsub olan insanlara müsbət münasibət var, onların kilsələri, ibadət yerləri fəaliyyət göstərir, onlar dinc, azad şəkildə dini ayinlərini icra edir, ibadətləri ilə məşğul olurlar. Nə Azərbaycan, nə də dünya xristianlarının ermənilərin xristianlığı müdafiə etməsinə ehtiyacı yoxdur. Bunu ermənilər bilməlidirlər. Dağlıq Qarabağda gedən müharibə isə xristan-müsəlman müharibəsi deyil, bunu bütün dünya bilir, bilməyənlər də bilsin. Azərbaycan Ordusu  torpaqlarımızı işğaldan azad edir, işğalçı ölkənin silahlı birləşmələrini, terrorçu qruplarını ərazilərimizdən çıxarır. Cənab Prezident də dəfələrlə deyib ki, bizim dinc erməni sakinləri ilə işimiz yoxdur, onlar bizim vətəndaşlarımızdır. Bildiyimiz kimi, bizim dinc erməni xalqı ilə işimiz yoxdur, məqsədimiz işğalçı ordunu ərazilərimizdən çıxarmaqdır” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ