Bazar günü günü, 18 oktyabr 2026
     

“Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə...”

Image


İtaliyanın “L'Opinione" qəzetində italyan jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə” (Autogol di Pashinyan: laguerracontrol’Azerbaigian) başlıqlı məqalə dərc edilib.

 

Məqalədə sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı hücumları ilə başlayan fasiləsiz döyüşlər zamanı ölkəmizin mülki əhalisinin və infrastrukturunun atəşə məruz qaldığı bildirilir. 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni hədəf alması ilə döyüş səhnəsinin Dağlıq-Qarabağ və ətraf 7 rayondan kənara çıxdığına və mülki əhalinin yaşadığı Tərtər, Füzuli və Cəbrayıl rayonlarının atəşə tutulduğuna toxunulur.

Məqalənin dərc edildiyi tarixə Azərbaycanın mülki əhalisi arasında 27 nəfərin həlak olduğu, 141 nəfərin isə yaralandığı, 500-dən çox fərdi evin tamamilə dağıdıldığı və ya ciddi ziyan gördüyü vurğulanır. Müəllif beynəlxalq hüququn hərbi əməliyyatlarda hərbiçilərlə mülki vətəndaşlar, hərbi və mülki strukturlar arasında fərqin gözlənilməsini şərtləndirdiyini vurğulayaraq, Ermənistan tərəfinin buna məhəl qoymadığına diqqət çəkir.

Jurnalist əslində bütün bunların Ermənistan tərəfindən qəsdən törədildiyini, təsadüfi xarakter daşımadığını və indiki vəziyyətdə alovlanmış qarşıdurmanın əsas səbəblərini Ermənistanın daxilində axtarmaq lazım gəldiyini qeyd edir. Bu zaman müəllif 27 sentyabrdan öncə Ermənistanın daxilində baş verən hadisələrə nəzər salaraq, hazırki hərbi əməliyyatların başlanmasına Ermənistanı vadar edən daxili amilləri İtaliya ictimaiyyətinə çatırır.

Ermənistan daxilində gərginliyin artmasına səbəb olan amillərlə bağlı ətraflı məlumat verən D.Letisiya toqquşmalardan əvvəl Paşinyan rejiminin mövcud siyasətini qınamaq üçün Ermənistanda daxili müxalifətin birləşməklə bağlı verdiyi qərarı və 8 oktyabr 2020-ci il tarixində paytaxt İrəvanın Azadlıq Meydanında hakimiyyətdə köklü dəyişiklər tələbi ilə müxalifətin birlikdə küçələrə çıxmağı planlaşdırdığını yada salır. Eyni zamanda, son aylarda hüquq-mühafizə orqanlarının rəhbər nümayəndələrinin istefaları da daxil olmaqla, Ermənistan hakim rejiminin daxilində dəyişikliklərin baş verdiyini vurğulayır.

Ermənistan müxalifət partiyalarının döyüşlərdən öncə beynəlxalq mediaya təqdim etdiyi birgə bəyanata istinadən müəllif qeyd edir ki, səhiyyə sahəsindəki tənəzzül, iqtisadi və məşğulluq böhranı ilə üzləşən erməni əhalisinin acınacaqlı vəziyyətinin pandemiya dönəmində daha da pisləşməsi müşahidə edilir. Paşinyan rejimi dönəmində korrupsiya hallarının daha da yüksəldiyi, hakim komandanın hakimiyyətdən sui-istifadə etməsi ilə bağlı şikayətlər və əsaslı sənədlər təqdim edən qeyri-hökumət təşkilatlarının davamlı təzyiqlərə məruz qalması ilə bağlı əsas müxalifət partiyalarının yekdil olması qeyd olunur. Müəllif məqalədə birləşmiş müxalifət partiyalarının beynəlxalq mediaya təqdim etdikləri bəyanatdan bu fikirləri qeyd edir: “Son iki ildə vətəndaşların gözləntiləri boşa çıxıb, biz çətin bir dövrü yaşayırıq və dövlət qurumlarının bütün elan edilmiş siyasi vədləri uğursuzluğa məruz qalıb, həyata keçirilməyib. Ölkənin inkişafı təhlükə altındadır. Müasir dövrün çağırışlarına cavab verməkdə səriştəsizlik nümayiş etdirmiş hakim qüvvə problemləri idarə etmək və həll etmək iqtidarında olmamaqla səciyyələnir. Qeyd edilən səbəblərdən müxalifət partiyaları ölkədə yeni bir hakim sinif və yeni bir icra hakimiyyətinin formalaşmasının qaçılmaz olduğuna inanır”.

Eyni zamanda məqalədə xatırladılır ki, xalqın 2018-ci ildə "məxməri inqilab" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyandan ölkədə hökm sürən dözülməz korrupsiya və insan haqları pozuntularına son qoymaq, demokratiyaya və ölkədə iqtisadi və sosial inkişafa nail olmaqla bağlı gözləntiləri var idi. Bildirilir ki, Paşinyan da öz növbəsində xalqa ölkədəki bütün haqsızlıqları tez bir zamanda aradan qaldıracağını və Ermənistanda qanunun aliliyi əsasında sosial-iqtisadi cənnət yaradacağını vəd etmişdi.

İtaliyalı jurnalist Paşinyan rejiminin atdığı addımların xalqın ümidlərini tamamilə sarsıtdığını, son aylarda “demokratik” Ermənistanın daxili qarşıdurmalar ocağına çevrildiyini və 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi toqquşmalar başlamazdan əvvəl Ermənistanda hüquq-mühafizə orqanlarının yüksək vəzifəli məmurlarının ardıcıl istefaya göndərildiyini yada salır.

Ermənistanda kütləvi insan haqları pozuntuları, hakimlərin təzyiqi və şantajı, jurnalistlərin, müxalifət fəallarının və həbsdə olan siyasi rəqiblərin həbslərinin qeydə alındığı bildirilir. Erməni jurnalist və siyasətçi Mher Yegiazaryanın 2019-cu ilin yanvarında keçirdiyi aclıq aksiyasından sonra həbsxanada öldüyünə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işinin açıldığına, Köçəryanın hətta tutularaq bir neçə ay həbsdə qaldığına və sonra sərbəst buraxıldığına, eyni zamanda bir çox parlament üzvlərinin toxunulmazlığına baxmayaraq nəzarətə alındığına diqqət çəkilir.

Paşinyanın qeyri-qanuni qərarlar çıxarmaqla bağlı təzyiqlərinə qarşı çıxan Konstitusiya məhkəməsinin sədrinin və digər üzvlərin səlahiyyətləri ilə bağlı Konstitusiyaya şübhəli dəyişiklik edildiyi vurğulanır və Paşinyanın pandemiyadan istifadə edərək bu dəyişiklikləri öz nəzarəti altında olduğu parlamentdə etdiyi, əslində bunun referendum vasitəsilə həyata keçirilməli olduğu bildirilir.

Məqalədə Paşinyan və onun həyat yoldaşının qanunsuz hərəkətlərinin bununla məhdudlaşmadığına diqqət çəkən müəllif, eyni zamanda, hakim ailənin qanunsuz ticarət fəaliyyəti və qanunsuz beynəlxalq metal, almaz, silah, tütün alveri ilə məşğul olduğu barədə məlumat verir. Ermənistan hakim rejiminin milli təhlükəsizlik, hüquq-mühafizə orqanları və bəzi media orqanlarının təzyiqi ilə “leqallaşdırılmış qəsb sistemi” tətbiq etdiyi və iş adamlarının Paşinyan və onun həyat yoldaşına “vergi” ödəməyə məcbur edildiyi bildirilir.

Jurnalist cəbhə xəttində gərginliyin artmasının Paşinyana hansı səbəbdən sərf etdiyini aşağıdakı fikirlərlə izah edir: “Bütün bunlar keçmiş hərbi cinayətkar xuntanı devirən Paşinyanın xalqın demokratiya ümidlərinə cavab olaraq ölkədə inqilabi diktatura qurduğunu göstərir. Dağlıq Qarabağ problemi isə Paşinyan və həyat yoldaşının əlində ittihamlardan diqqəti yayındırmaq üçün əsas vasitəyə çevrilib. Məqalədə qeyd olunur ki, Paşinyan və həyat yoldaşı qanunsuz hərəkətlərdə günahlandırıldıqda, onlar tərəfindən Dağlıq Qarabağ məsələsi ilə bağlı təxribat xarakterli bəyanatlar və hərəkətlər daha da artır. Belə ki, Paşinyanın danışıqlar formatını Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə dəyişdirmək cəhdləri, oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməsi, "Dağlıq Qarabağ Ermənistandır" deyə bəyanat verməsi, 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi əməliyyatlar həyata keçirməsi, Anna Hakobyanın Dağlıq Qarabağdakı qadınlarla döyüş və atış hazırlığı kurslarında iştirakı da qeyd edilən məqsədlərə xidmət edir”.

“27 sentyabrda Azərbaycana edilən hücum bu uzun zəncirdə yalnız son halqadır, lakin Azərbaycanın əldə etdiyi hərbi uğurlar Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşması ehtimalından xəbər verir. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq, BMT Baş Assambleyanın 75-ci iclası çərçivəsində BMT-nin 75-ci ildönümü münasibətilə keçirilən yüksək səviyyəli iclasdakı video formatdakı çıxışında Paşinyanın son addımlarına münasibətdə BMT kürsüsündən bunları bəyan etdi: "Ermənistanın təcavüzkar ritorikası və təxribatları göstərir ki, Ermənistan Azərbaycana qarşı yeni bir təcavüzə hazırlaşır." Hazırda baş verənlər bu fikirlərin təsdiqidir”, deyə müəllif məqaləni bu fikirlərlə tamamlayır.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

http://www.opinione.it/esteri/2020/10/07/domenico-letizia_pashinyan-azerbaigian-armenia-conflitto-missili-morti-civili/



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ