“Mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Qarabağ əlilləri adından Sizə təşəkkür edirəm.
Mən Göygöl şəhərində yaşayıram. Təqaüdçüyəm. Əmək xəsarəti ilə əlaqədar kompensasiya alıram. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam. Buna görə Prezident təqaüdü alıram.
Mən Sizin siyasətinizi bəyənib dəstəkləyirəm. Sizin bizə göstərdiyiniz qayğıya görə Sizə bir daha dərindən təşəkkür edirəm. Qarabağ uğrunda mübarizədə Sizə və ordumuza uğurlar arzulayıram”.
Bu sözləri isə Prezident İlham Əliyevə müraciətində Göygöl şəhərindən Kazımov Hidayət Əziz oğlu bildirib.
Baki-xeber.com