Ağstafa rayonunun Dağkəsəmən kəndindən Qarabağ qazisi Şıxməmmədov Şahlar İttifaq oğlu da Prezident İlham Əliyevə məktub yazıb. O qeyd edir ki, bu gün Prezidentin mənfur erməni quldurlarına qarşı apardığı cəza tədbiri bir azərbaycanlı kimi, bir Qarabağ qazisi kimi onu da ürəkdən sevindirir.
“İnanın ki, bizim ailənin də ən sevimli işi televiziya qarşısında oturub gündəlik cəbhə xəbərlərini dinləməkdir. Sevincimizin həddi-hüdudu yoxdur, cənab Ali Baş Komandan. Sizin bir çağırışınız kifayətdir ki, mən və mənim kimi qazilər döyüş meydanına atılaq.
...Allah-Təaladan Sizə cansağlığı arzu edirəm, şəhidlərimizə rəhmət diləyirəm. Sizdən Şuşamızın, Xankəndimizin geri qaytarılması xəbərini gözləyirik. Allah bu yolda Sizə kömək olsun” - deyə Qarabağ qazisi Prezidentə məktubunda qeyd edir.
Baki-xeber.com