Ağdam rayonunun Quzanlı qəsəbəsindən Ağdam rayonu 1 saylı uşaq bağçasının kollektivi Prezident İlham Əliyevə müraciət edib. “Biz - Ağdam rayonu Quzanlı qəsəbəsi 1 saylı uşaq bağçasının kollektivi otuz ildir düşmən tapdağı altında qalan torpaqlarımızın geri qaytarılması uğrunda apardığınız bu haqlı mübarizədə qazandığınız şanlı qələbələr münasibətilə Sizi ürəkdən təbrik edirik.
...Azərbaycan xalqı Sizə və mübariz ordumuza güvənir. İnanırıq ki, tezliklə üçrəngli bayrağımızı Ağdamda, Şuşada, Cıdır düzündə qürurla dalğalandıracağıq. Ordumuz bu ədalətli savaşda Sizin komandanlığınızla zəfər çalacaq. Bununla da bütün dünyaya sübut edəcəyik ki, Qarabağ Azərbaycandır!” - deyə Ağdam rayonu Quzanlı qəsəbəsi 1 saylı uşaq bağçasının kollektivi Prezident İlham Əliyevə etdiyi müraciətdə bildirir.
Baki-xeber.com