Mingəçevir şəhər sakini Natiq Abbasov Prezident İlham Əliyevə məktub yazıb: “Mən birinci qrup Qarabağ müharibəsi əliliyəm. Dövlətimin qayğısı ilə əhatə olunmuşam. Bu qayğı mənə böyük təsəlli verir.
Biz Qarabağ müharibəsi əlilləri Sizinlə fəxr edirik, cənab Prezident. Siz və Ali Baş Komandanı olduğunuz ordumuz şəhidlərimizin də, biz əlillərin də qisasını alır, nahaqdan tökülən qanlar yerdə qalmır. Bizim arzumuz da elə budur ki, düşməni məhv edək, torpaqlarımızı geri qaytaraq.
Allah Sizi və ön cəbhədə döyüşən əsgərlərimizi qorusun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Baki-xeber.com