Şirvan şəhərindən II qrup əlil Zaman Nəsirov da ölkə başçısı İlham Əliyevə müraciət edib.
“Mən II qrup əlil olsam da, ürəyim daim ön cəbhədə olan igid Vətən oğullarının yanındadır.
…Erməni daşnaklarının layiqli cavablarını vermək üçün Sizin əmrinizə hazıram.
Yağı düşmən tir-tir əsir, döyüş bayrağını atıb qaçır. İnanıram ki, ordumuz onların layiqli cavablarını verəcək. Azərbaycan xalqı Sizinlədir! Gün o gün olsun, bayrağımız Qarabağda dalğalansın. Məcburi köçkün adı Azərbaycan xalqının üzərindən götürülsün” - deyə Z.Nəsirov Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com