Bazar günü günü, 18 oktyabr 2026
     

Bakı İrəvanın əl-qolunu tam bağlayır... Rusiyalı politoloq Azərbaycanın cəbhə uğurlarını “Brusilov sıçrayışı” ilə müqayisə etdi

Image


Bu gün Azərbaycan ordusunun ixtiyarında olan yüksək dəqiqlikli silahlar Ermənistanda, eləcə də zəbt edilmiş ərazilərdə istənilən hədəfi tam zərərsizləşdirməyə imkan verir. Ekspertlər qeyd edir ki, bunu nəzərə alan Ermənistan əlində olan müəyyən silahları Azərbaycana qarşı istifadə etməkdən çəkinir. Məsələn, Ermənistan indiyə qədər Su-30, “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini tətbiq etməyə cəsarət etmir.

Əvvəla, belə silahların tətbiqi zamanı Azərbaycan onları qısa müddətdə neytrallaşdırmaq gücündədir. İkinicisi, Azərbaycan adekvat cavab verəcəyi halda Ermənistan itkilərinin daha çox olacağını yaxşı bilir. Xatırladaq ki, elə bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə də bu məsələ gündəmə gətirilib.  Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq, düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb. Müdafiə naziri, düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri tətbiq olunacağı halda, adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib. Elə Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı da yazır ki, Ermənistanın əlində olan silahların hamısını tətbiq etməsi heç də asan məsələ deyil. Qəzet yazır ki, hərbi əməliyyatlar Ermənistanın ciddi zərbələr alması ilə müşayiət edilir və bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycana güzəştə getməyə hazır olduğunu bildirib: “Bu mövqe Azərbaycan qoşunlarının qondarma “Dağlıq Qarabağ Respublikasının” (“DQR”) “sərhədləri yaxınlığında”, şimal-şərq və cənub istiqamətlərində uğurlu hücumu fonunda səslənib. Rusiya televiziyasına müsahibəsində Paşinyan deyib: “Münaqişələr qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ buna hazırdır, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır, buna Azərbaycan da hazır olmalıdır”. Ermənistanın baş nazirinin narahat olacağı bir şey var. Bir həftəlik aktiv döyüşlər zamanı Bakı İrəvanın nəzarəti altındakı mübahisəli ərazilərin üçdə birindən çoxunu geri alıb. Məsələn, “respublika”nın şimal-şərqindəki mühüm Talış kəndi. Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı videoda hərbçilər Talışa bitişik yaşayış məntəqəsinin – Suqovuşanın, habelə şəhərinin ələ keçirildiyi barədə də məlumat veriblər. Ancaq Azərbaycan ordusu ən ciddi uğurlarını İranla sərhəddə qazanıb, Cəbrayıl və Füzuli bölgələri istiqamətində irəliləmək üçün özünə strateji meydança yaradıb. Sonuncu bölgələrin ələ keçirilməsi “DQR”in “paytaxtı” Xankəndi və Şuşa şəhərinə yol açır.

Bənzər ssenarini “NQ”yə verdiyi müsahibədə hərbi ekspert, “Arsenal Oteçestva” jurnalının redaktoru Viktor Muraxovski proqnozlaşdırıb. Onun sözlərinə görə, Qarabağda hücumun inkişafı üçün taktiki cəhətdən ən sərfəli sahə İranla sərhəddə qondarma “respublika”nın cənubudur: “Bu, ağır artilleriya və raket silahlarının bütün imkanlarından aktiv şəkildə istifadə etməyə imkan verən nisbətən düzənlik ərazidir. Onun istifadəsi sayəsində Azərbaycan taktiki üstünlük qazanıb”. Hərbi ekspert Pavel İvanov Azərbaycan ordusunun hərəkətlərini 1916-cı ilin may-sentyabr aylarında Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yarıb Bukovina və Şərqi Qalisiya bölgələrini işğal edə bilən general Aleksey Brusilovun adını daşıyan “Brusilov sıçrayışı” ilə müqayisə edib: “Bu cür taktikaların prinsipi sadədir. Düşmənin müdafiəsi ətrafı boyunca eyni vaxtda bir neçə güclü zərbə endirilir. Onları bağlamaq üçün qarşı tərəf bütün ehtiyatlarını istifadə etmək məcburiyyətində qalır, buna görə də, cəbhənin bəzi sektorları kritik anda dəstəkdən məhrum olur”. Mütəxəssis belə bir kompleks hücum sxemini Bakının təsadüfən seçmədiyini vurğulayır. Birincisi, Azərbaycan kadr və avadanlıq baxımından üstünlüyə malikdir. İkincisi, ön xəttin uzunluğu çox deyil, yəni qüvvələri ciddi şəkildə uzatmağa ehtiyac yoxdur. Üçüncüsü, Dağlıq Qarabağın çətin dağ relyefi həm təcavüzkarlara, həm də müdafiəçilərə eyni dərəcədə pis təsir göstərir. “DQR”in nəqliyyat infrastrukturu dağ yolları boyunca böyük silah və hərbi texnikanın sürətlə köçürülməsinə imkan vermir. Əməliyyat sürprizi əldə edilərsə, “DQR” silahlı qüvvələri vaxtında möhkəmləndirməkdə çətinliklərlə üzləşəcək. Eyni zamanda, “DQR”in silahlanma və hərbi texnika baxımından adekvat cavabı yoxdur. Pavel İvanov bildirir: “Azərbaycan hərbçiləri xüsusi təyinatlı qüvvələrdən istifadə edir, gecə helikopterinin enişini həyata keçirir, həmçinin, uyğun ehtiyatlara zərbələr endirir və pilotsuz təyyarələr, artilleriya zərbələri, eləcə də uzaq mənzilli idarəolunan raket kompleksləri “Spike-ER” və “Spike-NLOS”-dan istifadə edərək müharibə meydanını bloklayır”. Ermənistan dəfələrlə cavab olaraq ən ciddi kartından – “İsgəndər” əməliyyat-taktiki komplekslərindən istifadə edəcəyini bəyan edib. İxracat versiyasında sistem yarım ton ağırlığında yüksək partlayıcı və ya parçalanan döyüş başlığını 280 km məsafəyə qədər çatdırmağa qadirdir. Bu silahın zərbəsi qaçılmazdır, çünki kompleksin raketləri mürəkkəb kvaziballistik trayektoriya ilə uçur. Bu sistemlərin niyə hələ də tətbiq edilməməsi müəmma olaraq qalır. Ya İrəvan həddindən artıq güc tətbiq etməklə vəziyyəti çətinləşdirmək istəmir, ya da, böyük ehtimalla, İranın xətrinə dəyməkdən qorxur. Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın sözləri dolayısı ilə sübut edir: “Azərbaycan qoşunları İran sərhədində toplanaraq hücum hazırlayırlar ki, Dağlıq Qarabağ onları atəşə tutmasın”. Bu əsnada Rusiyanın münaqişədə iştirakı ilə bağlı rəsmi mövqeyi ilk dəfə səslənib. Rusiya Federasiyasının hərbçilərini qarşıdurma zonasına göndərməyə hazır olub-olmadığına dair sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində “öhdəliklərdən irəli gəldiyini” vurğulayıb: “Hazırkı vəziyyətdə söhbət Ermənistandan gedir. Rusiya prezidenti Vladimir Putin bu iki məsələni açıq şəkildə dəqiqləşdirib və fərqləndirib: KTMT-nin öhdəlikləri Qarabağ üçün keçərli deyil”. Peskov onu da deyib ki, “Ermənistan ərazisində hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqlənmir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ