İşğal etdiyi Azərbaycan torpaqlarında 30 ildir tarixi, maddi-mədəni irsimizə divan tutan, məhv edən, məscidlərimizi dağıdan, müqəddəs ziyarət yerlərimizə donuz bağlayan, alban-xristan abidələrini, kilsələrini saxtalıqla mənimsəyən Ermənistan cəfəng iddialar yaymaqdan bezib usanmır. Guya Azərbaycan Ordusu Şuşada yerləşən kilsəni zədələyib. Deyir utanmasan oynamağa nə var. Ermənilər o qədər həyasız və abırsız toplumdur ki, hansı havaya gəldi oynayırlar. Oynadıqları oyun da özlərinin ziyanına işləyir.
Məlum olduğu kimi, Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşa kilsəsinə raket zərbəsi haqda yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Nazirliyin bəyanatında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən, dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.
“Bizim ordumuz heç zaman kilsələri, dini ocaqları dağıtmayıb”
Ermənistan Şuşanı işğal edənə qədər bu şəhərdə yaşayıb fəaliyyət göstərən “Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, kilsədəki dağıntılar haqda erməni KİV-inin yaydığı görüntülər növbəti erməni saxtakarlığıdır. Ə.Mahmud qeyd etdi ki, Azərbaycan Ordusunun hədəfi nə dinc erməni əhalisi, nə də kilsədir, erməni separatçılarının yerləşdikləri strateji yerlərdir. “Azərbaycan Ordusunun hədəfi kilsələr, məbədlər deyil. Bizim ordumuz heç zaman kilsələri, dini ocaqları dağıtmayıb, bu, bizim orduya xas xüsusiyyət deyil. Ermənistanın öz KİV-ində yaydığı bu görüntü saxtadır. Qarabağda, Şuşada ermənilərin hansı qədim kilsəsi var ki, onlar özlərini bu şəkildə rüsvay edirlər. Halbuki, ibadətgahları, dini ziyarətgahları, məscidləri, kilsələri dağıtmaq, məhv etmək taktikası işğalçı Ermənistan ordusuna xas xüsusiyyətdir. Terror dövləti olan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində bizim abidələrə, din ocaqlarımıza qarşı, sözün həqiqi mənasında, genosid aktları törədib. Onlar bizim məscidlərə, dini ocaqlarımıza qarşı vandalizm aktları törədiblər. Bunu bütün dünya bilir. Bu gün də Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur, şəhərlərimizi, kəndlərimizi dağıdır, insanlarımızı öldürür. Ermənistanın Gəncəyə hücumu da onu göstərir ki, işğalçı ölkə dinc əhali ilə yanaşı, İslam dünyasının böyük ziyarətgahlarından biri olan İmamzadəni hədəfə alıb. Hətta bəzi erməni siyasiləri belə bir bəyanat veriblər ki, “biz Gəncəni elə dağıdacağıq ki, heç arxeoloqlar da onun qalıqlarını tapa bilməsinlər”. Bunu işğalçı Ermənistan deyir, dünya isə hələ də ya susur, ya da “atəşkəs elan edin, barışın” deyir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, bundan sarsılan, beli qırılan düşmən ölkə isə ordumuzun əks-hücumlarının dayandırılması üçün yenə də şər atmaq, yalan tirajlamaq yolunu tutub. İşğalçı Ermənistan dövləti Dağlıq Qarabağda PKK, ASALA və digər terrorçu qüvvələri yerləşdirib, cəbhəyə muzdlu döyüşçülər yığıb, kilsədə hansısa bir yanğın olubsa, elə onu ermənilər törədiblər. Ermənilər Qarabağdakı bütün alban kilsələrinə, monastrlarına sahib durublar. Bu da bir həqiqətdir. Azərbaycanın məscidlərini, ziyarətgahlarını, ibadət məkanlarını bombalayan, dağıdıb tari-mar edən işğalçı Ermənistanın bizə qarşı saxta “kilsə” ittihamını irəli sürməsi gülünc görünür. O kilsəyə raket atılsaydı, indi gərək yerdə onun xarabalıqları qalaydı, amma görüntüdən də aydın olur ki, kilsədən yalnız qara tüstü çıxır, özü isə yerindədir. O tüstünü süni şəkildə də yaratmaq mümkündür, bu, ermənilərin əlindən gələn işdir” - deyə qeyd edən Ə.Mahmud hesab edir ki, ermənilərin yaydığı bu video təxribatdan başqa bir şey deyil. “Ermənistan dünyanın diqqətini bu cəfəngiyyata yönəltmək istəyir ki, “amandı qoymayın, Azərbaycan Ordusu kilsələri hədəfə alıb. Bu, tamamilə yanlışdır və Ermənistanın oynamaq istədiyi, lakin iflasa uğradığı bir oyundur. Azərbaycan erməni kilsəsini hədəfə alsaydı, Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamazdı. Məncə, fikrim aydın oldu” - deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA