Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur. Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.
Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.