çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycan qazı Almaniya üçün də xilas mənbəyinə çevrilə bilər...

Image


Rusiya qazını Avropaya çatdıracaq əsas kəmərlərdən biri sayılan “Şimal axını-2” qaz kəməri ətrafında qalmaqal səngimir. ABŞ-dan sonra bir sıra digər Avropa ölkələrinin də “Şimal axını-2”yə qarşı çıxması kəmərin çəkilişini yenidən ciddi sual altına alıb.

Belə bir vaxtda “Şimal axını-2” kəmərinin tikintisində iştirak edən şirkətlərə və təşkilatlara ABŞ tərəfindən tətbiq edilən sanksiyaların götürülməsi qarşılığında Almaniya okeanın o tayından maye təbii qaz qəbulu üçün öz vəsaiti hesabına iki iri terminal tikməyi təklif edib. Federal hökumətin bu təklifi yerli mediada qızğın müzakirə mövzusuna çevrilib. Məlum olduğu kimi, Ağ Ev hələ Barak Obamanın dövründən Rusiyadan Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri tikintisinə kəskin etiraz edirdi. Amerikalılar Rusiya qazının alternativi kimi öz maye təbii qazlarını təklif edir, lakin bu MTQ-nin qiyməti təbii qaz yanacağının qiymətindən xeyli yüksəkdir. Almaniya ABŞ tərəfindən göstərilən təzyiqə uzun müddət müqavimət göstərdi. Nəticədə ABŞ bu qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etdi. İndi Berlin həmin layihəni xilas etmək və daha ucuz qaz mənbəyini itirməmək üçün həmin sanksiyaların götürülməsi qarşılığında ABŞ-a öz limanlarında maye təbii qaz qəbulu üzrə iki meqaterminal tikməyi təklif edir. Onlardan biri Brunsbyutteldə (Şlezviq-Qolşteyn federal əyaləti), digəri Vilhelmshafendə (Aşağı Saksoniya federal əyaləti) yerləşir. Okeanın o tayından bu təklifə hələ cavab verilməyib.

Amma hesab edilir ki, ABŞ Almaniyanın təkilfini qəbul etməyəcək. Çünki Vaşinqton birmənalı şəkildə “Şimal axını-2”yə qarşıdır. Hesab edilir ki, bu vəziyyətdə Almaniya yeni kəmərlə Rusiyadan qaz almasa, Berlin də Azərbaycan qazını qəbul edə bilər. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edən və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”  buna imkan verir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Avropaya test rejimində nəqlinə başlanıb. “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində isə tranzit boru kəmərinin ötürücülük qabiliyyəti gücləndirilib. TANAP şirkətinin baş direktoru Saltuk Düzyol məsələ ilə bağlı bildirir: “Dünya enerji bazarlarında xüsusi yeri olan, Azərbaycan təbii qazını Türkiyə və Avropaya nəql edən 3500 kilometrlik “Cənub Qaz Dəhlizi”nin Azərbaycan, Türkiyə və ümumilikdə regionun iqtisadi inkişafında əhəmiyyətli rolu var. Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan və digər sahələrdən də hasil ediləcək təbii qazın ilk növbədə Türkiyəyə, ardınca da Avropa bazarına çatdırılmasını təmin edən kəmərlə böyük həcmdə qaz Avropaya ötürüləcək. Bu layihə Azərbaycanla Avropa İttifaqının mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsi üçün geniş imkanlar yaratmaqla bərabər, Azərbaycanı Türkiyənin ikinci böyük qaz tədarükçüsü və Avropa üçün yeni bir qaz təchizatçısı halına gətirib”.

Hazırda “Cənub Qaz Dəhlizi” Avropanın əsas təminat alternatividir. Burada qeyd edək ki,  Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. Bundan əlavə, proqnozlaşdırılan qaz ehtiyatları 5 trilyona qədərdir. TANAP və TAP-ın ötürücülük qabiliyyəti ilkin mərhələdə daşınacaq 16 milyard kubmetrlə yekunlaşmır. Boru kəmərləri əlavə güc götürmə qabiliyyətinə malikdir və perspektivdə əlavə enerjinin ötürülməsinə uyğun şəkildə inşa olunub. İkincisi, “Cənub Qaz Dəhlizi”  layihəsinə əlavə mənbələrin tapılması da gündəmdədir. Ən real mənbə kimi Türkmənistan qiymətləndirilir. Rəsmi Aşqabad öz qazının satışını şaxələndirsə də, avropalılar üçün ilkin mərhələdə 10 milyard kubmetr qaz satmağa hazırdır və bu da yalnız Azərbaycan üzərindən reallaşa bilər. Türkmən qazının Bakıya çatdırılması da iki variantla baş tuta bilər. Birincisi, sıxlaşdırılmış qazın tankerlər vasitəsilə gətirilməsidir. Bu, davamlılıq və sərfəlilik baxımından uzunmüddətli perspektiv üçün yaramır. İkinci və yararlı tranzit variantı Xəzərin dibi ilə boru kəmərinin çəkilməsidir. Bu marşrut üzrə türkmən qazı dənizin dibi ilə Bakıya, burdan da “Cənub Qaz Dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. Proseslərin inkişafı və əldə olunan nəticələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində açar ölkə rolunu oynadığını təsdiqləyir. Elə bu səbəbdən Avropa Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.

Nahid SALAYEV

 

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ